Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-478/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1915/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq, Borclu 26 06.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, qərarın surəti icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə bir sıra icra tədbirləri həyata keçirilmiş və borclunun əmlakının axtarılması istiqamətində müvafiq tədbirlər görülmüş, lakin Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 2880 manat məbləğində borcu mövcuddur və icra sənədi üzrə yaranmış həmin borcdan ödəniş etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar, Borclu xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilərək, sözügedən icra sənədi üzrə icraata başlama haqqında qərarın və tələbin könüllü icrası ilə bağlı bildirişin surətləri rəsmi qaydada borcluya təqdim edilmişdir. Buna baxmayaraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi hazırki vaxtadək Borclu tərəfindən icra edilməmişdir. Daha sonra, “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən, Borclu məxsus “ZAZ SEANS TF698 P66” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması, lakin sözügedən nəqliyyat vasitəsinin "Unibank” KB ASC-də girovda olması ilə bağlı şifahi məlumat əldə edilmişdir. Bununla əlaqədar, Borclu məxsus "ZAZ SEANS TF698 P66" minik markalı **- XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" KB ASC-də girovda olubolmaması barədə Nərimanov rayon İcra şöbəsinə rəsmi məlumat verilməsinə dair 20923- 191564/2021-15-18 saylı, 14.12 2021-ci il tarixli məktubla "xxxx" KB ASC-yə müraciət edilmiş və məktuba cavab olaraq tələb edilən məlumatlar bank sirrini təşkil etdiyindən həmin məlumatların məhkəmə qərarı olmadan şöbəyə təqdim olunmasının “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41-cı maddəsinin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Bundan əlavə, Borclu barəsində xx.xx.2021-ci ildə Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən MN ******* saylı inzibati xəta haqqında protokolla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və nəticədə Nərimanov Rayon Məhkəməsinin 3(005)-3340/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu icra sənədinin icrasından yayınaraq ölkə xaricinə çıxması, müvafiq icra sənədinin icrası istiqamətində borclu barəsində tətbiq ediləcək zəruri məcburi icra tədbirlərinin tətbiq edilməsinə mane ola bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2021-ci il tarixdən başlayaraq, Borclu 26 06.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu ünvanlanmış xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması barədə Borclu bildiriş göndərilmiş və bu müddətdə tələbi üzrsüz səbəblərdən icra etməzsə, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-3340/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra məmuru tərəfindən göndərilən tələbin könüllü icrası haqqında bildirişdən xəbərdar olmuşdur. Bu hal borclunun bildirişi xx.xx.2021-ci il tarixində Nərimanov rayon İcra şöbəsində imzalayaraq alması ilə öz təsdiqini tapır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, bununla belə borclu Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu səbəbdən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1915/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1988-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-478/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-478/2022
02.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver