Məhkəmə qərarları › İş №8(005)-482/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-482/2024

02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-482/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-371/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “BMW 5281 minik” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-371/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “BMW 5281 minik” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-715/2015 saylı. xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu 1918,80 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2015-ci il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-671 reyestr nömrəli. xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu 275,38 manat məbləğində pul vəsaiti tələbkar "Azerfon” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)- 371/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "BMW 5281” minik markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-671 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar ‘Azerfon" MMC-nin xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən borclu tələbkara olan borcu tam ödəmiş və Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-671 reyestr nömrəli. xx.xx.2023-cü il tarixli icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-715/2.015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tolobkar ‘Buta Sığorta" ASCnin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, borclu tələbkara olan borcu tam ödəmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)- 715/2015 saylı. xx.xx.2015-ci il tarixli icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla xitam verilmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlakının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-371/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “BMW 5281 minik” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar