Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-482/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 8(005)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “X6” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 8(005)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “X6”minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-720/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclular X2, X1 və Borclu müştərək qaydada 7412,78 manat məbləğində pul vəsaiti və 89,92 manat dövlət rüsumu tələbkar Yelo Bank" ASC-nin xeyrinə ödənilməlidir.Bakı Şəhəri Nərimanov Rayon Mshkəməsinin 8(005)- 147/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “X6” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.Tələbkar "Yelo Bank” ASC xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədində qeyd olunan borcu tam şəkildə ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.Göstərilənləri nəzərə alaraq, Borclu mülkiyyətində olan "X6" markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tələbkar, icra məmuru və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarından olan Tələbkar ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki,Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 2(064)-720/2023 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcludan tələb olunan 7412,78 manat borc məbləği Banka ödənilmişdir. Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli 2(064)-720/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki,Füzuli Rayon Məhkəməsinin 2(064)-720/2023-006 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlakının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-147/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “X6” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-482/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-482/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver