Məhkəmə qərarları › İş №8(005)-486/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-486/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-486/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Tələbkar nümayəndəsi Nümayəndə2, Borcluinin nümayəndəsi X8 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından məhkəməyə şikayət ərizəsi verərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borcluinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməli, X7 ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bənd etibarsız hesab edilməli, X7 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023- 014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qərar ümumiyyətlə əsaslandırılmamış və bir cümlə olaraq qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb təmin edilmiş və icra edilmişdir. Halbuki, hansı sənədin təqdim edildiyi və həmin sənədin həqiqətən də icra sənədinin tam icra edildiyini necə təsdiq etməsi aydın deyil. Məlumat üçün bildirir ki, X7 iş üzrə icraata xitam verilməsindən 3 gün əvvəl, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Tələbkar onun vərəsəsi olaraq tanınmış və bu barədə Tələbkar vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də təbii ki, həmin qərar barədə məlumatsız olmuş və icra sənədinin hələ də icra qurumunun icraatında olduğunu düşünmüşlər. Həmin icra sənədi uzun müddət idi ki, icra edilmirdi və hələ də icrasız vəziyyətdə saxlanıldığını, baş vermiş ağır ailə itkisinden sonrakı psixoloji gərgin dönəmi geridə qoyduqdan sonra icrası barədə maraqlanmağı düşünmüşlər. Lakin son günlərdə şifahi olaraq iş üzrə icraata xitam verildiyini eşitmiş və bu qərarı əldə etməyə çalışmışlar. Daha sonra qərarı əldə etmişlər. İcra sənədi nəinki tam, demək olar ki, icra olunmamışdır. Belə ki, onunla bağlanması nəzərdə tutulmuş əmək müqaviləsinə dəyişiklik qanunvericiliyin və məhkəmə qətnaməsinin tələblərinə uyğun olmamışdır. Dəyişikliyin konkret nədən ibarət olması göstərilməmişdir. Həmçinin, müqavilədə bərpa olunduğu müşavir vəzifəsinin vəzifə maaşı, mükafat və digər əlavələri, eyni zamanda əmək funksiyaları göstərilməmişdir. Ona əvvəlki dövr üçün 45160,10 manat ödənilməsinə baxmayaraq, həmin ödənişdə vəzifə maaşı, mükafat və əlavələr düzgün hesablanmamışdır. Təkcə əmək haqqının məhkəmədə mübahisənin davam etdiyi müddət ərzində 2 dəfədən çox artdığı nəzərə alınsa, icra sənədi simvolik olaraq ödənilməli vəsaitin yarısından da az hissəsi ödənilməklə icrasız qalmışdır. İcra məmuru isə tələbkarın hazırkı iş üzrə təqdim etdiyi vəsatətinə ümumiyyətlə münasibət bildirməmiş, eyni zamanda icra məmuru özü öz təşəbbüsü ilə əmək müqaviləsinə əlavənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsinin və əmək haqqı və ona əlavələrin düzgün hesablanması üçün mütəxəssis qismində auditor dəvət etməmişdir. Halbuki, ən adi üsullarla şəxsə hesablanmalı vəsaiti müəyyən etmək mümkün idi. Sadəcə eyni vəzifədə işləmiş başqa şəxsə bu müddət ərzində ödənilmiş vəsaiti aydınlaşdırmaq kifayət idi. Bu məsələnin praktik və təqribi həlli yolu idi. Məsələnin nəzəri, düzgün və tam həlli yolu, müvafiq sorğular vermək, ekspertiza təyin etmək və ya mütəxəssis dəvət etmək idi ki, ödənilməli olan vəsaitdə bütün əlavələrin və mükafatların da nəzərə alınıb-alınmamasını bildirsin. Şifahi danışıqlar zamanı borclu tərəf bildirmişdir ki, mükafatlar məcburi ödənişlər deyil. Bu arqument absurddur. Ona görə də borclu təşkilat bu mükafatları işlədiyi müddət ərzində həmişə tələbkara tətbiq edib, eyni zamanda bu mükafatlar hər hansı şəxsin fərdi göstəricisinə görə tətbiq edilməyib. Mükafatlar kollektiv xarakter daşıdığından, tələbkarın işlədiyi müddət ərzində ona da şamil ediləcəyi aşkar idi. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinin səlahiyyətli şəxsi də təsdiq edə bilər. Həmçinin, tələbkar işə bərpa zamanı qanunvericiliyin əməl edilməmiş və bu hissədə də icra sənədi natamam icra edilmişdir. Belə ki, işə bərpa olunarkən eyni vəzifəni müqavilə üzrə daşıyan başqa şəxslərə ödənilən həcmdə deyil, 4 il əvvəl işdən çıxarılarkən (bu müddət ərzində ən azı minimum əmək haqqı artdığı üçün bütün ölkənin gəlirlərində dəyişiklik olmuşdur) müəyyən edilmiş əmək haqqı ödənilməyə davam etmişdir. Bu hissədə işə bərpa proseduru düzgün keçirilmədiyi üçün icra sənədi həmin hissədə də icra edilmiş hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, onun atası xx.xx.2021-ci il tarixində müddətli əmək müqaviləsinin vaxtının bitməsi əsası ilə işdən çıxarılıb. Bununla bağlı olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia təmin edilmişdir. Apellyasiya və kassasiya məhkəmələri də qətnaməni qüvvədə saxlamışdır. İcra sənədi xx.xx.2023-cü il tarixində Nərimanov Rayon İcra Şöbəsinə daxil olub, xx.xx.2024-cü il tarixində icra məmuru onlara məlumat vermədən, əsaslandırmadan icraata xitam verib. Qətnaməyə əsasən əmr ləğv edilməli, müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilməli, atası direktor müşaviri vəzifəsinə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı ödənilməli idi. Lakin qarşı tərəf yeni vəzifə çıxararaq direktor müşaviri vəzifəsini ləğv edir, siyahını İqtisadiyyat Nazirliyinə təqdim edərək təsdiq etdirir. İcra mərhələsində isə həmin vəzifə olmadığından atasını işə bərpa edə bilməyəcəklərini bildirir. Onun atasına aşağı vəzifədə müqavilə ilə işləməyi təklif etdikdə isə o, bununla razılaşmır, çünki bu qətnamənin pozulmasıdır. Həmin müddət ərzində isə icra məmuru heç bir hərəkət etmir. Avqust ayında işə bərpa edilməli olduğu halda mart ayında idarəyə çağırılır, ona kiçik bir otaq verilir, kompüter verilmir, əmək müqaviləsi bağlanılmır. O da əmək müqaviləsini icra etmir, bununla bağlı olaraq akt olur, o, hər şeyi qanuni şəkildə tələb edirdi. Atasına əmək müqaviləsi təklif edilmir, 2020-ci ilə qədər aldığı vəzifə maaşı 1000 manat olub, ona 45000 manat verilir, əmək müqaviləsinə heç bir dəyişiklik edilmir. Atası icra məmurundan tələb etmişdir ki, özü edə bilmirsə, mütəxəssis cəlb etsin. Qətnaməyə əsasən mükafat, əlavələr də hesablanaraq ona ödənilməli idi. Onlar icra məmurundan mütəxəssis cəlb etməsini edilənlərin qanuni olub-olmamasının müəyyən edilməsi ilə bağlı tələb etmişlər. Dekabr ayında yazılı vəsatət verərək auditor cəlb edilməsini bildirmişlər. İcra məmuru isə Apellyasiya məhkəməsinə buna izah verilməsi ilə bağlı müraciət edir. Atası bu məsələlərlə əlaqədar olaraq qəfil ürək tutmasından ölüb, çox da yaxşı işçi olub, bir dəfə belə olsun əmək intizamına cəlb edilməyib. Tərəf bildirir ki, atası işdə olmadığından ona mükafat aid deyil. Lakin o, işləsə idi, o da mükafat alacaqdı, çünki mükafat fərdi xarakter daşımayıb. Şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borcluinin nümayəndəsi X10 bildirmişdir ki, rəhbərlik məzuniyyətdə olduğundan maaş artımı ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilmirlər. Fevral ayının axırları qətnaməyə izah verilməsi üçün apellyasiya məhkəməsinə müraciət olunub. xx.xx.2024-cü il tarixində verilən izaha əsasən bildirilmişdir ki, tələblər icra edilmiş, baş direktor müşaviri vəzifəsinə təyin edilməsi və əmək müqaviləsinin yeni formada hesablanması kimi məsələlər izah yolu ilə deyil, icra yolu ilə həyata keçirilə bilər. Məhkəmənin konkret tələbləri icra edilmişdir. Belə ki, şəxs hansı əməkhaqqı ilə vəzifəyə təyin edilmişdirsə, həmin əmək haqqı da ödənilmişdir. İcraata xitam qərarı 27 dekabrda verilib, verilmiş şikayətdə isə həmin qərarın ləğvi üçün müəyyən edilmiş müddət buraxılmışdır. Qarşı tərəfin nümayəndəsi çağırılaraq son haqq-hesab həyata keçirilmişdir. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş – X1 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Tələbkardır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Borcluinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi, X1 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi, X5 işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1430/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, Borcluinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi, X7 ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməsi, X1 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2353/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1430/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - İcra sənədi üzrə icraata başlama barədə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1430/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə tələbkar M.Həsənovla bağlanması nəzərdə tutulan əmək müqaviləsinə əlavənin qanunvericiliyin və məhkəmə qətnaməsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə və sonuncuya məcburi iş buraxma müddəti üçün ödənilmiş 45160,10 manat əmək haqqı məbləğinin düzgün hesablanıb-hesablanmaması üzrə izah verilməsinə dair Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Zamiq Kazımovun ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, tələbkara ödənilməli olan məcburi iş buraxmaya görə məbləğin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi qətnaməyə izah verilməsi yolu ilə deyil, müvafiq ərizə ilə qətnamənin icrası qaydasında birinci instansiya məhkəməsinə müraciət edilməli, 8 indekslə icraata başlanılmalı, zəruri olduqda isə müvafiq hesablama aparılması üçün ekspert dəvət edilə bilər; - Borcluinin xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli K-002 nömrəli “M.Q.Həsənovun əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin qüvvədən düşmüş hesab edilməsi və X3 xx.xx.2024-cü il tarixdə işə başlaması barədə əmr verilmişdir; - xx.xx.2024-cü il tarixli, 352447 nömrəli ödəniş tapşırığından görünür ki, “Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi tərəfindən "xxxx" ASC-nin vasitəsilə X2 hesabına 2000 manat pul köçürülmüşdür; - xx.xx.2024-cü il tarixli, 375839 nömrəli ödəniş tapşırığından görünür ki, “Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi tərəfindən "xxxx" ASC-nin vasitəsilə X2 hesabına 2000 manat pul köçürülmüşdür; - xx.xx.2024-cü il tarixli, 391254 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi tərəfindən "xxxx" ASC-nin vasitəsilə X2 hesabına 41160 manat pul köçürülmüşdür; - X7 tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onunla bağlı əmək müqaviləsinə olan dəyişiklər qanunvericiliyə uyğun olmamışdır. Ona əvvəlki dövr üçün 45160 manat pul ödənilmişdir. Həmin ödənişlərdə vəzifə maaşı, mükafat və əlavələr düzgün hesablanmamışdır. Əmək müqaviləsinə edilməli dəyişikliklərə aid tələblərinin qanuna müvafiq olub-olmaması və ona ödənilmiş əmək haqqının düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün mütəxəssis qismində auditor dəvət edilməsini xahiş etmişdir; - İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir; - Borcluinin xx.xx.2025-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin baş direktorunun müşaviri X4 bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə (işçi vəfat etdikdə) əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, X3 vəfatı ilə əlaqədar onun vərəsəsinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət ödənilməsi qərara alınmışdır; - xx.xx.2025-ci il tarixli ödəniş taşırığından görünür ki, Borcluinin hesabından Tələbkar hesabına 5259,10 manat pul vəsaiti köçürülmüşdür; - Son haqq hesab barədə məlumatdan görünür ki, orta günlük əmək haqqı 51,34 manat, məzuniyyətə görə hesablanmış məbləğ 2259,10 manat məbləğindədir. Məzuniyyətin faktiki müddəti 44 gündür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə görə, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədi üzrə icraata xitam verilməsi yalnız qanunvericiliklə sadalanmış hallarda mümkündür. İcra sənədlərinin icrasının ümumi şərtlərini müəyyən edən “İcra haqqında” Qanunun 70.2-ci maddəsinə əsasən, işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Həmin Qanunun 71-ci maddəsində işə bərpa etmək haqqında icra sənədinin icra olunmamasının nəticələri nəzərdə tutulmuşdur. Bu maddəyə görə, işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. Hazırki iş üzrə tələbkarın əvvəlki dövr üçün hesablanmış 45160 manat pulun düzgün hesablanmadığını bildirməsinə, həmin ödənişlərdə vəzifə maaşı, mükafat və əlavələrin düzgün hesablanmadığına istinad edərək, mütəxəssisin dəvət edilməsi barədə yazılı vəsatət verməsinə baxmayaraq, vəsatətə münasibat bildirilməmiş, icra sənədi üzrə icraata xitam verilmişdir. Halbuki “İcra haqqında” Qanunun 40.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Məhkəmə hesab edir ki, icra sənədinin qanunauyğun şəkildə icrasına nail olmaq üçün icra məmuru ilk növbədə borcludan müvafiq vəzifədə çalışan şəxslərin orta əmək haqqı, əmək haqqlarının artıb-artmaması barədə məlumat tələb etməli, mütəxəssis cəlb etməli və məcburi iş buraxma dövrü üçün əmək haqqını hesablayaraq iddiaçıya ödənilməsini təmin etməlidir. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Qeyd edilənlər baxımından icra məmuru icra sənədinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bütün mümkün icra tədbirlərini həyata keçirməli, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına qanunauyğun şəkildə nail olmalıdır. Hazırki iş üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarında isə məhkəmə qətnaməsinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədini tam icra etmədən, tələbkara ödənilməli məbləği dəqiq müəyyənləşdirmədən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq icra hərəkətlərinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir. Borclunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı mübahisələndirmək üçün müddəti ötürməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, qanunverci şikayət vermə müddətini icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın onlara təqdim olunduğu gündən hesablanmalı olduğunu müəyyən etmişdir. İcra işinin materialında isə müvafiq məlumat mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməli və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar