Məhkəmə qərarları › İş №8(005)-49/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-49/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-49/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 və onun vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 226/2023 saylı qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayətlə müraciət edərək, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi və həmkarlar ittifaqına üzvlük haqqı kimi əmək haqqından tutulan vəsaitin ona qaytarılması üzrə icraatın davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 637/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarın surətini xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə almışdır. İcra sənədinə xitam verilməsinə əsas olaraq iddiaçı kimi onun Borclu MMC-yə “Biznes” fakültəsinin dekanı vəzifəsinə bərpa olunmağı və qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının tam şəkildə ödənilməsi göstərilmişdir. İcra üzrə onun işdən azad olunduğu xx.xx.2015-ci il tarixdən işə bərpa olunduğu xx.xx.2017-ci il tarixədək əmək haqqı 125773,81 manat hesablanmış və bundan ona 94916,67 manat ödənilmişdir. Ödənilən 94916,67 manatdan əlavə, ödənişin gecikdirilməsinə görə faizlər kimi Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 18860,14 manat da ödəməlidir. Borclu "xxxx" MMC bu məbləği 2017-ci ildə ödəməli idi. Lakin ödənişləri 2018-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək müxtəlif vaxtlarda 16 hissədə ödəmiş və sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdr. Borclu MMC ödənişin gecikdirilməsinə görə faizlər olaraq Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq ona 18860,14 manat ödəməlidir. Hesablanmış əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulmuş məbləğ də, qanunsuzdur və bu məbləğ də qaytarılmalıdır. Borclu MMC-dən işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək həmin Universitetlə əmək münasibətlərində olmadığından bu Universitetin həmkarlar təşkilatının üzvlü olmamışdır. Həmin müddətdə bu təşkilatla heç bir ünsiyyəti və münasibəti olmamış və fəaliyyətində heç bir iştirakı olmamışdır. Ödəniləcək əmək haqqı məbləğinin 2%-nin həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulması qanunsuzdur. Bu məbləğ də 2017-ci ildə ödənilməli olduğundan, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla 3931,04 manat da ödənilməlidir. Ödənilməli məbləğ tam başa çatdırılmadığından, icra sənədinə xitam verilə bilməzdi. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 saylı qərardadı ilə şikayət rədd edilmişdir. Həmin qərardaddan tələbkar şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə xx.xx.2023cü il qərardadından X2 verdiyi şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadınından X2 şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qərardadından X2 şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından X2 şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından (prosessual müddətin bərpası barədə) Borclu MMC-nin şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-300/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 şikayəti təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmdən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı xx.xx.2023- cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və qərardaddan verilmiş şikayətə münasibət bildirilməsi üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-469/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 saylı qərardadı ləğv edilmiş və tələbkarın icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında şikayətinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkar X4 və onun vəkili Vəkil şikayət ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən şikayətə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6372/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 Borclu MMC-yə “Biznes” fakültəsinin dekanı vəzifəsinə bərpa olunmalı və onun qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqı hesablanaraq borclu “Azərbaycan Universiteti" MMC-dən tutularaq tələbkar X3 ödənilməlidir; İcra işi üzrə o da müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 15 saylı ödəniş tapşırığına əsasən 7000 manat, xx.xx.2018-ci il tarixli, 30 saylı ödəniş tapşırığına əsasən 4990 manat, xx.xx.2018-ci il tarixli, 36 saylı ödəniş tapşırığına əsasən 5000 manat, 10,08.2018-ci ii tarixli, 51 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2018-ci ii tarixli, 57 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2018-ci ii tarixli, 71 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2018-ci il tarixli, 76 sayiı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2018- ci il tarixli, 92 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2018-ci ii tarixli, 97 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2019cu il tarixli, 04 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2019-cu il tarixli, 11 sayiı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2019-cu il iarixli, 21 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2019-cu il tarixli, 29 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2019-cu il tarixli, 39 saylı ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2019cu il tarixli, 67 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində tələbkarın bank hesabına köçürülmələr olunmuşdur. Cəmi 76990 manat məbləğində pul vəsaiti X1 təqdim etdiyi bank hesabına köçürülmüşdür; Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra işinin icraatına xitam verilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6372/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun xx.xx.2020-ci ii tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6372/2016 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qeyd edilmişdir; Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6372/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat davam etdirilmişdir; İcra icraatı zamanı sənədlərin audit yoxlamasının aparılması “X6” MMC-yə həvalə edilmiş, audit yoxlamasının qarşısında iddiaçı X2 işləmədiyi bütün dövr ərzində xx.xx.2015-ci ildən başlayaraq işə bərpa olduğu günə qədər (xx.xx.2017-ci ilədək) olan əmək haqqının hesablanması vəzifəsi qoyulmuşdur. Aparılmış audit yoxlamasının nəticəsi olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaşı X3 işləmədiyi dövr üçün ödəniləcək əmək haqqı 94916,67 manat təşkil edir; İcra şöbəsi tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən ödənilməli olan 17926 manat İcra şöbəsinin hesabına ödənilmişdir. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin icrasına xitam verilmişdir; Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qanunun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci tarixli Qərarı Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Həmin Qərarında “İcra haqqında” qanunun 26-cı maddəsinə münasibətdə “qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi” müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə iş materiallarını və şikayəti nəzərdən keçirərək qeyd edir ki, X2 həmkarlar təşkilatına üzv olmadığı, olduğu təqdirdə isə onun faktiki işləmədiyi dövrdə ümumi əmək haqqından 2% üzvlük haqqının tutulmasının qanunazidd olduğu müəyyən edildiyi təqdirdə, icra sənədi üzrə ona ödənilməli olan məbləğin tam ödənilmədiyi, bununla da icra sənədinin tam icra olunmadığı müəyyən edilmiş olur. Şikayətdə göstərilən digər “ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi” barədədir. X4 bu tələbinin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci və 449.1-ci maddəsi ilə göstərmişdir. Məhkəmə qeyd edir ki, hazırkı məsələ iddia icraatı qaydasında baxılmalı olduğundan təmin oluna bilməz. Qanunvericiliklə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi icra məmurunun deyil, məhkəmənin səlahiyyətinə aid edilmişdir. Hazırki iş üzrə tələbkar indeksasiyanın həyata keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, icra məmurunun icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və icra işi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməli və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Azər Heydərovun icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar