Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-493/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin iştirakı ilə, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2022-ci il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi MMT(005)-116/2022 saylı iş üzrə qəbul etdiyi qərardad əsasında verilmiş icra vərəqəsinə əsasən, tələbkar X4, onunla borclu X5 arasında olmuş və məhkəmə qaydasında pozulmuş nikahdan doğulmuş 2 övladı ilə hər həftənin bazar günü saat 11:00-dan saat 15:00-a qədər ünsiyyətdə ola bilər. İcra vərəqəsi icra edilməsi üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən İcra Şöbəsi tərəfindən müəyyən edilmişdir ki, borclu İ.Qəhrəmanov icra vərəqəsində qeyd edilən ünvanda (ünvan 1r, həmin ünvanda tələbkar A.Qəhrəmanova yaşayır, borclu isə Abşeron rayonu, Digah qəsəbəsində yaşayır. Bunu müəyyən etmiş icra məmuru qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla, icra edilməsi üçün icra vərəqəsinin Abşeron Rayon İcra Şöbəsinə göndərilməsini qərara almışdır. Tələbkar A.Qəhrəmanova icra məmurunun həmin qərarında Nərimanov Rayon Məhkəməsinə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla şikayətin təmin edilməsini, İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icra vərəqəsi üzrə icra hərəkətlərinin Nərimanov Rayon İcra Şöbəsi tərəfindən davam etdilməsini qərara almışdır. İcra Şöbəsinin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-285/2022 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 avqust 2022-ci il tarixli qərardad ləğv edilmiş, tələbkar X2 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 13 iyul 2022-ci il tarixli qərarından verdiyi şikayətə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev tələbkar X1 şikayətini əsassız hesab etdiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkar X1 şikayətini mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, fiziki şəxsin yaşayış yerinin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1.-ci maddəsi ilə müəyyən edilir ki, həmin maddənin tələbinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 393 saylı arayışından görünür ki, borclu İ.Qəhrəmanov Digah qəsəbəsində qeydiyyatsız yaşayır. Belə olan halda Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin icra sənədinin aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas mövcud deyil. Buna görə də Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2022-ci il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2022-ci il tarixli qərarından tələbkar X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-493/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-493/2022
28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver