Məhkəmə qərarları › İş №8(005)-496/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-496/2024

02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-496/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin Nərimanov Rayon icra şöbəsinin icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC Nərimanov rayon icra şöbəsinin icraata xitam verilməsi barədə qərarından şikayət ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinin qərarının ləğv olunması, qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin icraata başlamaq haqqında qərarının qəbul edildiyi vaxtdan hesablanmaqla davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Borclu1 və Borclu2 cəmi 4093,66 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair 2(005)-6898/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri vardır. İcra sənədi icra olunması üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli 5734/15D saylı məktubundan göründüyü kimi Nərimanov rayon İcra Şöbəsi tərəfindən həmin icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan iş üzrə icraata xitam verilməsi barədə qərarı mübahisələndirmək məqsədi ilə Nərimanov rayon İcra Şöbəsinə icraata xitam verilməsi ilə bağlı qərarın sürəyinin rəsmi qaydada təsdiq edilmməsi ilə bağlı 29.082024cü il tarixli 784 saylı sorğu ünvanlanmış, sorğu Nərimanov rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunsa da hər hansı cavab verilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinin qərarı ləğv olunmalı və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, borclular Borclu1 və Borclu2 Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-6898/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən aktiv borcu cari gün üçün 785,35 manat təşkil edir və həmin tarixdən bəri icra sənədi tam şəkildə icra olunmamışdır. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar (nümayəndəsi), borclular və icra məmuru məhkəmə iclasına gəlməmiş və şikayətə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdirlər. Məhkəmə şikayətə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkar "xxxx" ASC-nin şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, indiki halda sözügedən icra sənədi tam icra olunmadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon İcra şöbəsinin “icra vərəqəsi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6898/2017 saylı xx.xx.2017-ci il tarixli əmrinə əsasən, borclu xx.xx.1955-ci il tarixdə Ermənistan, Krasnoselo ray. anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç.ev 31 m 14-də qeydiyyatda olan X1 və xx.xx.1971-ci Ermənistan, Krasnoselo rayonu anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Telnov küç.ev 17, m 17-də qeydiyyatda olan Borclu2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas kredit borcu üzrə 3549.45 manat, 544.21 manat faiz borcu, cəmi 4093.66 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra məmuru icra vərəqəsi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədinin tam icra olunması əsası ilə icraata xitam vermişdir. Tələbkar "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, Borclu1 və Borclu2 Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən "xxxx" ASC-yə hal-hazırda 785.35 manat məbləğində borcu vardır. Göründüyü kimi, icra məmuru icra sənədini tam icra etmədən icraata xitam vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsaslıdır və buna görə də təmin olunmalı, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra vərəqəsi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə, tələbkar "xxxx" ASC-nin şikayətini və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən və icra sənədi tam icra edilmədiyindən tələbkarın şikayəti əsaslıdır. Buna görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon İcra şöbəsinin “icra vərəqəsi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilməli, icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6898/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə Nərimanov rayon İcra şöbəsinin ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra vərəqəsi üzrə icraata xitam verilməsi” haqqında qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-6898/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar