Məhkəmə qərarları › İş №8(005)-5/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-5/2025

04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-5/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun, Tələbkar6, Tələbkar30, Tələbkar2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(035)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu-yə məxsus avadanlıqların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tələbkarlar Tələbkar1, Tələbkar2, Tələbkar3, X7, X9, Tələbkar4, Tələbkar5, Tələbkar6, Tələbkar7, Tələbkar8, Tələbkar9 və Tələbkar10 Fərhad oğluna 2015-ci ilin yanvar ayından, Tələbkar11 2012-ci ilin iyun, iyul, avqust ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar12 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları uçün, 2015-ci ilin yanvar ayından, Tələbkar13 2012-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar14 Oğruc oğluna 2012-ci ilin fevral ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar15 2012-ci ilin dekabr ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar16 2012-ci ildən 7 ay, 2015-ci il yanvar ayından, Tələbkar17 2012-ci il üçün aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin 8 ayı və 2015-ci ilin yanvar ayından, Tələbkar18 2011-ci il üçün iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2012-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar19 2011-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2012-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar20 2010-2012-cı ıl üçün cəmi 17 ay, 2014-cü il üçün 3 ay və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq Borclu tərəfindən ödənilməsi Borclu-nin üzərinə vəzifə olaraq qoyulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" ASC-yə bildiriş göndərilmişdir. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli, eləcə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri icra edilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlaklara baxış keçirilmiş və həmin əmlaklar Borclu-nin rəhbəri X2 təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(035)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1040/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materiallarının həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov bildirmişdir ki, icra sənədi 2017-ci ildən onun icraatındadır. İcra sənədi üzrə 5 tələbkar dünyasını dəyişmişdir. Onun icraatında hazırki icra sənədindən əlavə Borclu ilə bağlı başqa icra sənədləri də var. İcra vərəqəsi üzrə bir çox tədbirlər görülmüşdür. Onlar dəfələrlə borcu bağlamışlar, lakin yenidən borc öhdəlikləri yaranmışdır. Borclu-nin bank hesabları ilə bağlı bir neçə dəfə inkasso sərəncamları vermişdir. Lakin heç bir nəticəsi olmamışdır. Çünki zavod sovet dövründən qalmışdır və avadanlıqlar da yararsız haldadır. Bu səbəbdən zavodun iş fəaliyyəti yaxşı vəziyyətdə deyil. Zavodun gəlirləri olmadığı üçün qazanc əldə olunan kimi ilk olaraq əmək haqqı ödənilir, borclar isə olduğu kimi qalır. Təqribi olaraq 10 dəfə auksion keçirilib, əmlaklar qiymətləndirilib və hərracda satılmışdır. Bundan sonra da borcları ödəmişlər. Əmlak satılmasına baxmayaraq borcları bağlamağa kifayət etmir. Şəxsən özü əmlaklara baxış keçirmişdir. Onun müəyyən etdiyi avadanlıqlar işlək vəziyyətdə deyil. Onların onda foto şəkilləri də var. Nəzər yetirilsə avadanlıqların işlək vəziyyətdə olmadığı məlum olar. Tələb edilən əmlakların ümumi məbləği 10000 manat civarı təşkil edir. Onlar yalnız zavodun balansında olan əmlakları realizə etmişlər. Zavod müəyyən sahələri icarəyə vermişdi. Lakin icarədən gələn gəlirlər isə qeyri-rəsmidir. Tələbkarların bir çoxu isə yaşlı insanlardı. Hər dəfə icra şöbəsinə gedibgəlirlər. Lakin vəsait olmadığından onların borclarının ödənilməsi mümkün olmamışdır. Təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar6 bildirmişdir ki, zavodun 11 hektardan çox sahəsi var. Hamısını icarəyə veriblər. İcarə haqları əlbəəl alınır. Buna görə onun gəlirini müəyyən etmək mümkün deyil. Avadanlıqların heç bir işlək vəziyyətdə deyil. Onların ömürlərinin sonunadək aylıq 48 manat ödənilməlidir. Lakin 13 aydan çoxdur ki ödənilmir. Təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar30 bildirmişdir ki, ona olan borc 480-500 manat təşkil edir, aya 48 manat düşür. Bundan sonra da hər ay ödəmə davam etməlidir. Zavoddan nə qədər materiallar götürülüb və başqa şirkətlərə verilib. Azı 50000-60000 icarə haqqı yığılır. Lakin qeyri-rəsmi yığılır. Buna baxmayaraq onların pulu ödənilmir. Onun ürəyində problem var, gəlirləri yoxdur. Təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar2 bildirmişdir ki, ona da ömrünün sonunadək aylıq 48 manat ödənilməlidir. 600 manatdan çox borc yığılmışdır. Maddi vəziyyəti yaxşı deyildir. Borclu onların ödənişlərini etmir. Təqdimatın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar1 bildirmişdir ki, o, 48 manat müavinət alır. Bir neçə dəfə ona ödəniş edilib. Təqribi olaraq 1 il olar ki, ödəniş edilmir. Borclunun əmlakları üzərinə həbs qoyulmalıdır, ki onların da ödənişləri ödənilsin. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar3 bildirmişdir ki, cəmi borc 700 manat təşkil edir, aylıq təxmini 63 manat pul edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar4 bildirmişdir ki, ona olan borc aylıq 70 manat təşkil edir, lakin 13 aydan çoxdur ki, ona ödəniş edilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada digər proses iştirakçıları xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, tələbkarlar Tələbkar1, Tələbkar2, Tələbkar3, X7, X9, Tələbkar4, Tələbkar5, Tələbkar6, Tələbkar7, Tələbkar8, Tələbkar9 və Tələbkar10 Fərhad oğluna 2015-ci ilin yanvar ayından, Tələbkar11 2012-ci ilin iyun, iyul, avqust ayları üçün, 2015- ci ilin yanvar ayından, Tələbkar12 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları uçün, 2015-ci ilin yanvar ayından, Tələbkar13 cğluna 2012-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar14 Oğruc oğluna 2012-ci ilin fevral ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar15 2012- ci ilin dekabr ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar16 2012-ci ildən 7 ay, 2015-ci il yanvar ayından, Tələbkar17 2012-ci il üçün aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin 8 ayı və 2015-ci ilin yanvar ayından, Tələbkar18 2011-ci il üçün iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2012-ci ilin mart, aprel, may. iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar19 2011-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2012-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar20 2010-2012-cı ıl üçün cəmi 17 ay, 2014-cü il üçün 3 ay və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq Borclu tərəfindən ödənilməsi Borclu-nin üzərinə vəzifə olaraq qoyulmuşdur. Təqdimata əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Bakı "xxxx" ASC-dən əlillik dərəcəsindən asılı olaraq 2011-ci ilin yanvar ayından bu günədək zərərin əvəzinə görə ödənilməmiş müavinət məbləği tutularaq Tələbkar21, Tələbkar22, Tələbkar23, Tələbkar24, Tələbkar25, Tələbkar26, X15, Tələbkar28 və Tələbkar29 ödənilməli, qətnamə elan olunduğu tarixdən hər əy əlillik dərəcəsindən asılı olaraq Tələbkar21, Tələbkar22, Tələbkar23, Tələbkar24, Tələbkar25, Tələbkar26, X15, Tələbkar28 və Tələbkar29 hesablanmış müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Borclu-yə həvalə edilmişdir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borcluyə bildiriş göndərilmişdir. Təqdimata əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləği tutularaq Tələbkar30 ödənilməli, qətnamə elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Borclu-yə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbu edilərək tələbin könüllü icra olunması üçün Borclu-yə bildiriş göndərilmişdir Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu-nin 45 saylı, xx.xx.2014-cü il tarixli əmri ləğv edilməli, Tələbkar31 Borclu-nin sədrinin müşaviri vəzifəsinə bərpa edilməli, Tələbkar31 işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı 732,69 manat hesablanmaqla ödənilməli, tələbkara xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək istifadə etmədiyi məzuniyyətə görə 8678,59 manat kompensasiya ödənilməli, tələbkara xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan məbləğin hesablanması və ödənilməsi borclunun üzərinə qoyulmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat Borcludən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarlar və bildirişlərin surətindən görünür ki, icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlaklara baxış keçirilmiş, həmin əmlaklar Borclu-nin rəhbəri X2 təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1, 45.2 və 45.6-cı maddələrinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Eyni zamanda “İcra haqqında” Qanunun 58-ci maddəsində borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılmasının növbəliliyi müəyyən edilmişdir. Həmin maddəyə görə, borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası təqdimatı təmin edən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərkən məhkəmə tərəfindən bir sıra məsələlərin araşdırılmalı olması ilə bağlı göstəriş vermişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdimatla üzərinə həbs qoyulması xahiş edilən əşyaların yuxarıda qeyd edilmiş növbəlilik qaydasında seçilib-seçilmədiyini araşdırmadan, hüquqi şəxsin həmin əşyalardan öncə həbs qoyulması üçün fəaliyyətində zəruri olmayan başqa əmlaklarının mövcudluğu istiqamətində icra məmuru tərəfindən hər hansı yoxlamanın aparıldığını aydınlaşdırmadan təqdimatı təmin etmişdir. Belə ki, iş materiallarındakı məhkəmənin iclas protokollarından icra işlərinin tələb edilərək araşdırıldığı, icra vərəqələrinin icrası ilə məşğul olan icra məmurunun məhkəməyə dəvət edilərək dinlənilməsinə dair hər hansı məlumat da öz əksini tapmamışdır. İş materiallarında olan icra məmurunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktdan da Borclu-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlakların istehsalda bilavasitə istifadə edilən və ya edilməyən əmlaklar olduğunu müəyyən etmək mümkün olmamışdır. O cümlədən iş materiallarına nəzər yetirdikdə ərizəyə baxılması ilə bağlı tələbkar Borclu-nin bildirişin göndərildiyi qeyd edilsə də, həmin bildirişin, onun məlum olan sonuncu hüquqi ünvanına göndərilib-göndərilmədiyi, bildirişin borcluya çatıbçatmaması yoxlanılmamış, onun iştirakı olmadan verilən ərizəyə baxılmasının mümkünlüyü müzakirə edilməmişdir. Həmçinin, borclu tərəfindən verilmiş şikayətdə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına edilən dəyişiklərdən sonra icra sənədləri üzrə ödənişlərin onun tərəfindən verilməsinin yolverilməzliyinə dair və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Tələbkar31 vəfat etməsi səbəbi ilə icra sənədinə xitam verilməli olduğuna dəlillər göstərilsə də, bu dəlilləri araşdırmaq üçün birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə tərəfindən icra işinin materialları tələb edilmiş, tələbkarlar və borclu məhkəmə iclasına çağrılmış, bir neçə tələbkar məhkəmə iclasında iştirak etsə də, borclu apellyasiya şikayəti verməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İcra işinin materiallarından görünür ki, borclu barəsində bir neçə icra edilməmiş icra sənədləri vardır. Dəfələrlə inkasso sərəncamları verilsə də, hesablarında pul vəsaiti olmadığından bir nəticəsi olmamışdır. İcra məmurunun və tələbkarların izahatına əsasən, ASC hazırda aktiv fəaliyyət göstərmir, yalnız obyektlərini icrəyə verirlər. Həmçinin icra işinin materiallarında olan məhkəmə qərardadlarından və hərracın nəticələrinə dair protokollardan görünür ki, Borclu-yə məxsus oxşar, istehsalatda istifadə edilməli olan müxtəlif avadanlıqların üzərinə dəfələrlə həbs qoyulmuş və onlar hərraca çıxarılaraq satılmışdır. Buna baxmayaraq əldə edilən məbləğ borclunun icra sənədləri üzrə öhdəliklərinin tam şəkildə icrası üçün kifayət etməmişdir. Göründüyü kimi, icra məmuru ilk növbədə borcluya məxsus pul vəsaitlərinin mövcudluğunu araşdırsa da, bu məqsədlə inkasso sərəncamları tətbiq etsə də, bunun bir nəticəsi olmamışdır. İstehsalatda istifadə edilməyən avadanlıqlara gəlincə qeyd edilməlidir ki, icra işinin materiallarında olan hazırda həbs qoyulması xahiş edilən avadanlıqların fotoşəkillərindən də görünür ki, həmin avadanlıqlar köhnə, işlək vəziyyətdə olmayan, istifadə edilməyən avadanlıqlardır. Həmçinin daha əvvəllər də borcluya məxsus oxşar avadanlıqlar üzərinə həbs qoyularaq satılmışdır. Ən azından borcluya məxsus pul vəsaiti və yaxud digər istehsalda bilavasitə istifadə edilməyən əmlak olardısa, həmin vaxt da borclu etiraz edərdi. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-539/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu-yə məxsus “Daewoo Espero minik” markalı, **- PR-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-909/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu-yə məxsus Nərimanov Rayon Məhkəməsinin 2(0050-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu-nin mülkiyyətində olan 12 ədəd körpülü kranın, 3 ədəd çatmalı kranın, 2 ədəd yük liftinin (yük/q 500 kq), 3 ədəd asma kranın (yük/q 2 ton), 16 ədəd bir tipli kranın, 5 ədəd hava tutumunun (V-6,3 m3), 2 ədəd induksiya sobasının 144T-0,4/0,5-143 (0,4 ton) 1 ədəd induksiya sobasının 144T-2.5T (2.5 ton), 1 ədəd induksiya sobasının İ44HT-10T (10 ton) üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu-yə məxsus Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı. xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu-nın rəhbəri X5 üçün təhvil verilmiş Borclu-nin mülkiyyətində olan metal tərkibli bir neçə avadanlıqların, metal qırıntılarının, metal əritnn peçlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu-yə məxsus Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı. xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu-nın rəhbəri X5 üçün təhvil verilmiş Borclu-nin mülkiyyətində olan metal tərkibli bir neçə avadanlıqların, metal qırıntılarının, metal əritnn peçlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-538/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu-yə Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu-nın rəhbəri X5 üçün təhvil verilmiş Borclu-nin mülkiyyətində olan metal tərkibli torpaq gildən istehsal edən kərpic xətti avadanlığı, 1 ədəd teplovoz, 1 ədəd quraşdırılmamış körpülü kran, 2 ədəd hasalı kran, 1 ədəd kompressor, 3 ədəd metal əridən şaquli sobalar (vaqranka) üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-440/2023 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu-nin rəhbəri X6 üçün təhvil verilmiş Borclu-nin mülkiyyətində olan 1 ədəd üfüqi yonma dəzgahı (2620), 1 ədəd hidravlik pres, 1 ədəd konsol frez dəzgahı, 1 ədəd diş açan frez dəzgah, 1 ədəd pres qayçı, 1 ədəd vintaçan torna dəzgahı (1 M61H), 1 ədəd vintaçan torna dəzgahı (1 K62), 1 ədəd vintaçan toma dəzgahı (T İSO/1500), 1 ədəd vintaçan torna dəzgahının (16K 20)üzərinə həbs qoyulması qərara alınmışdır. Hərracın yekunları barədə 23/03 saylı, xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə keçirilmiş hərracda da borcluya məxsus avadanlıqlar X3. Hərracın yekunları barədə 73/01-1 saylı, xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə tələbin təmin edilməsi məqsədilə hərrac keçirilmiş və qalib alıcı X19 olmuşdur. Ona da eyni şəkildə borclu quruma məxsus avadanlıqların satılması həyata keçirilmişdir. Hərracın yekunları barədə 45/01 saylı, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə keçirilmiş hərracda da 4000 manat dəyəri olan dəzgah X4. Hərracın yekunları barədə 26/01 saylı, xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2009 saylı, xx.xx.2009-cu il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin təmin ediləsi məqsədilə keçirilmiş hərracda da borcluya məxsus avadanlıqlar X1. Borclu-nin Nərimanov icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə quruma məxsus və satışa çıxarılmasını xahiş etdikləri avadanlıqların siyahısı göndərilmişdir. Borclu-nin Nərimanov icra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, onlar borcun qısa zamanda ödənilməsinin təmin ediləcəyini bildirmişdirlər. Həmçinin icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Tələbkar31 vəfat etməsi səbəbindən icra sənədi üzrə icraat dayandırılmış, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tələbkarın hüquqi varisi qismində nəvəsi X18 cəlb edilmiş, ona 41792 manat pul ödənilmiş, 15555,15 manat borc isə qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə bağlı isə məhkəmə qeyd edir ki, icra işinin materiallarında olan Bakı şəhəri Nərimanov Məhkəməsinin 8(005)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2009 saylı, xx.xx.2009-cu il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin verilməsi üçün əsas olmuş məhkəmə qərarlarına izah verilməsi ilə bağlı icra məmuru tərəfindən təqdimat verilmiş, lakin ərizə təmin edilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdeh qismində cəlb edilməyən dövlət orqanının üzərinə məhkəmə qətnaməsinin icrası vəzifəsinin qoyulması məhkəmə qətnaməsinin izahı çərçivəsində mümkün deyil və ümumiyyətlə, mülki prosesin prinsiplərinə ziddir. Eyni zamanda təqdimata əlavə edilmiş sənədlərlə tələbkar şəxslərə ödənilən pensiyaların həcminin artması ilə qətnamədə qət edilmiş ödənclərin ödənilməsi arasında hər hansı bağlılıq müəyyən edilməmişdir. Yuxarıda istinad edilən normativ hüuquqi aktlardan görünür ki, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur. “İcra haqqında” 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Bu baxımdan borcluya məxsus digər əmlaklar müəyyən edilmədiyindən təqdimatda göstərilən əşyaların üzərinə həbs qoyulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, onların icralarının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(035)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X20 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar