Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-501/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədliyi Qasımov Əli Müşviq oğlunun katibliyi, Tələbkar nümayəndələri X3 və X1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elgiz Qəmbərovun məhkəmənin icra vərəqəsinə əsasən başlanılmış icraata xitam verilməsi barədə təqdimatına və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elgiz Qəmbərov məhkəmənin icra vərəqəsinə əsasən başlanılmış icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, təqdimatın geri qaytarılmasını xahiş edilmişdir. Tələbkar nümayəndələri X5 və X4 məhkəmə iclasında təqdimatın geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri, onun geri qaytarılması barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1-ci maddəsinə əsasən təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəmə dəftərxanası vasitəsi ilə məktub təqdim edərək, təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263.1-ci maddəsinə görə iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 268-269cu və 427-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(005)-3755/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən başlanılmış icraata xitam verilməsi barədə təqdimatı geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-501/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-501/2022
19.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver