Məhkəmə qərarları › İş №8(005)-504/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-504/2025

16.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-504/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar-ərizəçi X4 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Sevinc Qurbanovanın 17.06.202-ci iltarixli qərarının əsas olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayəti müdafiə edərək onun təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Şikayətə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə icra şöbəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinlyib, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Şikayətə əlavə edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən və eyni tarixli icra vərəqəsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 34/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia qismən təmin edilməsi, cavabdeh Borclu tərəfindən xx.xx.2002-ci il tarixli texniki pasportda qeyd olunmayan tualet (ayaqyolu), həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşaq (balkonda inşa edilən) və texniki pasportda qeyd olunan 9 saylı tikilinin 0.9 metr genişləndirilməsi sökülməsi və həmin tikinti materialları cavabdeh Borclu tərəfindən həyətdən çıxarılması, ilk iddia qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısını təşkil edən 30 manat cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 150 manatı iddiaçı X3, 150 manatı isə cavabdeh Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-776/2025 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarından görünür ki, icra sənədinin icrası zamanı sökülməsi tələb olunan tikililərin texniki vəziyyətinin, söküntü zamanı təhlükəli vəziyyətin yaranma ehtimalının və digər risk faktorlarının qiymətləndirilməsi məqsədilə mütəxəssis (texniki ekspert) dəvət edilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 29. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Maddə 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu tərəfindən xx.xx.2002-ci il tarixli texniki pasportda qeyd olunmayan tualet (ayaqyolu), həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşaq (balkonda inşa edilən) və texniki pasportda qeyd olunan 9 saylı tikilinin 0.9 metr genişləndirilməsinin sökülməli və həmin tikinti materiallarının cavabdeh Borclu tərəfindən həyətdən çıxarılmalıdır. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarı ilə icra sənədinin icrası zamanı sökülməsi tələb olunan tikililərin texniki vəziyyətinin, söküntü zamanı təhlükəli vəziyyətin yaranma ehtimalının və digər risk faktorlarının qiymətləndirilməsi məqsədilə mütəxəssis (texniki ekspert) dəvət edilməsi qərara alınmışdır. X2 icra məmurunun qeyd olunan qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlərdən ibarətdir, həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır. Məhkəmə araşdırması zamanı Borclu və X6 arasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icraatında olan icra işi üzrə barışıq sazişi bağlanmışdır. Belə ki, Borclu və X6 arasında bağlanmış 11 iyul 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər bəyan edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icraatında olan icra işini aşağıdakı şərtlərlə barışıq yolu ilə həll edirlər: - Borclu tələbkara 6100 (altı min bir yüz) manat pul ödəməyi öhdəsinə götürür. - Tələbkar bəyan edir ki, bu sazişin 2.1-ci məbləğin əvəzində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə bütün tələblərindən imtina edir və bununla bağlı icra üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edir (ərizə təqdim edilməsə belə, bu saziş icra üzrə icraata xitam verilməsi üçün ayrıca müstəqil əsasdır). - Tərəflər həmçinin razılığa gəlirlər ki. borclu fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda inşa edilmiş tualetin tələbkarın istifadəsinə verilməsinə etiraz etmir və həmin ayaqyoludan birgə istifadə ediləcək. - Borclu həmin ünvandakı tələbkara məxsus fərdi yäjşayış evinin 1993-cü il tarixli texniki pasportunda qeyd olunan 1, 2, 3 ve 4 saylı tikililərin üzərində ikinci mərtəbənin tikintisinə etiraz etmir. - Həmin ünvandakı ümumi istifadədəki gediş-gəliş yolundan tələbkarın hamam sanitar qovşağı üçün çəkilən kanalizasiya sisteminə tələbkar etiraz etmir. - Həmin ünvandakı gediş-gəliş yolunda tələbkara məxsus fərdi yaşayış evinin dəmir darvazasının sol yanındakı tumbanın sökülüb əlavə qapının sökülüb əlavə qapının açılmasına borclu etiraz etmir (tələbkara-məxsus olari evə ziyan dəymədən). X6 tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinə verilmiş 11 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icraatında olan icra işi üzrə borclu tərəflə razılaşdığım üçün həmin qətnamənin icrası üzrə tələblərdən imtina edir və icra üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi bilik tələb edən məsələləri izah etmək zərurəti yarandığı təqdirdə icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət etmək səlahiyyətinə malikdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla hazırki halda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4529/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası prosesində Qurbanovanın xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarda qeyd edilən halların () mütəxəssis dəvət edilməsi yolu ilə müəyyən edilməsinə zərurət yoxdur. Bu səbəbdən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarı ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə, şikayəti və şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın xx.xx.2025-ci il tarixli “mütəxəssisin dəvət edilməsi” barədə qərarı ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar