Məhkəmə qərarları › İş №8(005)-505/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-505/2022

26.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-505/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, 23.02,2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1ci önünə küçəsi, ev 19, ümumi sahəsi 855,60 kv.m, torpaq sahəsi 0.090460 ha hektardan ibarət olan mənzilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, İcra sənədi üzrə 110000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər X2, X3 və X1 bərabər hissələrdə (hər birindən 1/3 hissədə) tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Məhkəməxətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti bərabər hissələrdə cavabdehlər X2, X3 və X1 tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxslərin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına əsasən Borclu qızma məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,1-ci önünə küçəsi, ev 19, ümumi sahəsi 855,60 kv.m, torpağ sahəsi 0.090460 ha hektardan ibarət olan mənzil aşkar edilmişdir. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş elektron informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, icra məmuru tərəfindən üzərinə həbs qoyulması xahiş olunan əmlakın yalnız üçdə bir hissəsi borcluya məxsusdur. Eyni zamanda icra məmuru xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək, hazırda sistemdə sözügedən əmlakın borclunun adında görünmədiyini bildirdi. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik müddəalarından icra məmurunun təqdimatı əsasında həbsin məhz bərclunun əmlakı üzərinə qoyulmalı olduğu aydın olur. Halbuki hazırda həmin əmlakın bütovlükdə və ya hər hansı hissəsinin borclunun adına qeydə alındığını görünmür.Bu hal məhkəmə iclasında iştirak edən icra məmuru tərəfindən də təsdiq olunur. Məhkəmə hesab edir ki, icra məmurunun təqdimatla üzərinə həbs qoymaq istədiyi əmlak borclunun mülkiyyətində olmadığından həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimat təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar