Məhkəmə qərarları › İş №8(005)-507/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-507/2022

22.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-507/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun tələbkarın tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, Tələbkar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbdən imtinası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Tələbkar Kazımov X2 Rayon Məhkəməsinin 2(005)-1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə nəzərdə tutulmuş vəsaitdən 30000 manatı qəbul etdiyini, qalan vəsaitdən isə imtina etməsi barədə xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizə ilə şöbəyə müraciət etmişdir. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Borclu ona borclu olduğu 30000 ABŞ dollar məbləğində borcu ödəməyəcəyi ilə şantaj edərək onu məcbur etmiş və xx.xx.2022-ci il tarixdə notarial ərizə yazdırmışdır. Həmin ərizədə qeyd edilmişdir ki, Borclu ona 30000 manatı (17647 ABŞ dolları) vermiş və yerdə qalan 21030 manatı (12370 ABŞ dolları) istəmir. Məcbur qalaraq 30000 manatı (17647 ABŞ dolları) almaqdan ötrü belə bir ərizə yazmış və Borclu 30000 manatı (17647 ABŞ dolları) almışdır. Hazırda Borclu ona 21030 manat (12370 ABŞ dolları) borcu qalmışdır. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə notariat kontoruna gedərək yazdığı ərizəsini rəsmi qaydada ləğv elətdirmişdir. Elə həmin gün xx.xx.2022-ci il tarixdə notariat kontorunda Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinə təqdim etmək üçüm ərizəsini notarial qaydada təsdiq elətdirmiş və bununla bağlı dərhal Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin İcra məmuru Zamiq Kazımova xəbər vermişdir. Bütün bunlara baxmayaraq Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin İcra məmuru Zamiq Kazımov xx.xx.2022-ci il tarixdə yazdığı ərizəsini əsas tutaraq xx.xx.2022ci il tarixdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə “Tələbkarın tələbindən imtinasının qəbul edilməsinə dair” təqdimat vermişdir. Göstərilənləri nəzərə alaraq, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən və məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 30000 ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatla və 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizənin surətindən görünür ki, Tələbkar ərizə təqdim edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ona ödənilməli olan pulun aralarında razılığa gələrək könüllü şəkildə 30000 manatı aldığını, yerdə qalan 21030 manatdan imtina etdiyini bildirmişdir. İş materiallarında olan Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizənin surətindən görünür ki, Tələbkar ərizə təqdim edərək Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizədən razılığa gəlməməsi səbəbindən imtina etmişdir. “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, Gəncə şəhər 5 saylı notariat ofisində təsdiq edilmiş Tələbkar xx.xx.2022-ci il tarixli ərizəsinin statusu “xitam verilib” kimi qeyd edilmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 16-1-ci bəndinə əsasən müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat ofisinin adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və “Elektron notariat” informasiya sistemində yerləşdirilməlidir. Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur. Qeyd olunan Qərarın məzmunundan aydın olur ki, notarial qaydada təsdiq olunmuş ərizə ərizəni verən şəxs tərəfindən birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə səbəbləri göstərilməklə ləğv edilə bilər. “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. Hazırki iş üzrə tələbkar tərəfindən tələbdən imtinası barədə ərizəsi ləğv edildiyindən təqdimatın təmin edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun tələbkarın tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun tələbkarın tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar