Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-508/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4549/2015 nömrəli, 24.07.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyev Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4549/2015 nömrəli, 24.07.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 6607 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "Nikoyl" İKB-nin xeyrinə ödənlməlidir. Nərimanov rayon məhkəməsinin 8(005)-1251/2018 saylı, 11.10 2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Vaz 2170 minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar “Yelo Bank" ASC ("Nikoyl" İKB) 09 01 2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4549/2015 nömrəli, 24.07 2015-ci il tarixli icra sənədinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, icra sənədinin icrası təmin olduğu üçün Borclu məxsus 'Vaz 2170 minik markalı. **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Borclu məxsus “Vaz 2170 minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan Tələbkar ASC-nin 09.01.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov rayon məhkəməsinin 8(005)-1251/2018 saylı, 11.10.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Vaz 2170 minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-508/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-508/2021
20.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver