Məhkəmə qərarları › İş №8(005)-508/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-508/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-508/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tələbkar, X1 iştirakı ilə, Borcun hissə-hissə ödənilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 2(005)-498/2024 saylı qətnamədə qeyd olunan ümumi 18000 (on səkkiz min) azn məbləğin xx.xx.2027 ci il tarixə qədər (krediti bitənə qədər) hər ay 200 manat , xx.xx.2027 ci ildən qətnamədə qeyd olunan məbləğ bitənə qədər aylıq ödəniş 700 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-498/2024 -cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ona X5 qarsı pul tələbinə dair iddia ərizəsi təmin edilmişdi. Qətnamədə bildirilir: “ Cavabdeh X3 iddiaçı Tələbkar xeyrinə 17800 manat borc, ödənilmiş 144 manat dövlət rüsumu, hiıqııqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 220 manat pul tutulsun”. Hal-hazırda maliyyə vəziyyəti bu borcun hamısını heç cürə birdəfəlik ödəməyə imkan vermir. “Premium Bank”-da (081/FV HM- 0124 saylı; xx.xx.2024-cü il tarixli) adıma bağlanmış kredit müqaviləsinə əsasən aylıq ödənişi 697.50 manat olan 21000 (iyirmi bir min) manat olan kredit var. Maaşının yan hissəsini (697.50 azn) kredit olaraq hər ay ödəyir. Yeni ailə qurmağa hazırlaşır. Onun belə bir borcu olmasada iddiaçıya lakin Hakimin çıxartdığı qərarla 18000 manat ödəməyə məcbur edilir. Belə olan halda o qeyd olunan məbləği ancaq hissə - hissə ödəyə bilər.Yaşamaq üçün sadəcə ünvan 1 ünvanında yerləşən 1 tək mənzili var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısına aşağıdakı aiddir. Bildirmək istəyir ki, xx.xx.2027 cı ildə “Premium Bank”-a son borcunu (697,50 manat) ödəyib bitirəcək. Artıq növbəti aydan xx.xx.2027-ci ildən 2(005)-408/2024 saylı qətnamədə qeyd olunan məbləğ bitənə qədər aylıq ödəniş 700 manat olmaqla, ödəniş edə bilər. Maliyyə vəziyyəti nəzərə alaraq, məbləğin bu cür qaydada ödənilməsi ilə bağlı öhdəliyini yerinə yetirəcəyini bəyan edir və məhkəmənin ona qarşı anlayış göstərəcəyinə ümid edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək, borcu tam şəkildə verdiyini, borcunun ona tam şəkildə geri qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, habelə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından olan Sabunçu rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, eyni tarixdə X5 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir: Hər hansı məhkəmə tərəfindən verilən bu cür qərarların icrası hüququ "məhkəməyə hüququn" ayrılmaz hissəsidir (Hornsby Yunanıstana qarşı, § 40; Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 196). Əks halda, 6 § 1 Maddənin müddəaları bütün faydalı təsirindən məhrum edilər (Burdov Rusiyaya qarşı, §§ 34 və 37) Məhkəmə qərarının icrasında müəyyən gecikmələr xüsusi şərtlər altında əsaslandırıla bilsə də, bu gecikmə iddiaçının qərarın icra edilməsi hüququna xələl gətirəcək dərəcədə olmamalıdır (Burdov Rusiyaya qarşı, §§ 35-37). Beləliklə, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində mülki işə baxaraq 2(005)-498/2024 saylı qətnamə ilə tutulması qət edilən məbləğin hissəhissə ödənilməsinə dair borclunun təklifinə tələbkar razı deyildir və borcun tam şəkildə ödənilməsini xahiş edir. Borclu ərizəsində tutulmasını xahiş etdiyi aylıq məbləğ 200 və 700 manat müəyyən edilir ki, bu da borcun ödənilməsi müddətinin ağlabatan olmayan müddətə uzadılmasına səbəb olacaqdır. Belə olan halda isə tələbkarın haqlı mənafeyi pozulur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının maraqlarının qorunması və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin gözlənilməsi baxımından hazırki ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-498/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar