Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-509/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov rayon Məhkəməsinin 8(005)-1305/2018 saylı. 29.10.2018-ci il tarixli qərardadı üzrə Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3014/7011 saylı, 10.10.2011-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 416 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nın xeyrinə ödənilməlidir. İcra sənədi icraata 24.01.2012-cı ıl tarixdə daxil olmu* və “icra haqqında" Azərbaycan Respublikası Qanununun 8 2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi uçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. ünvan 1.10.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Toyota Camry" minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)-1305/2018 saylı 29.10.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi tam icra olunmuşdur. Göstərilənləri nəzərə alaraq, icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(005)-1305/2018 saylı, 29.10.2018-cı ıl tarixli qərardadı ilə Borclu məxsus "Toyota Camry’ minik markalı. **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Nərimanov rayon Məhkəməsinin 8(005)-1305/2018 saylı, 29.10.2018-cı ıl tarixli qərardadı ilə Borclu məxsus "Toyota Camry’ minik markalı. **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan Tələbkar MMC-nin ödəniş qəbzindən görünür ki, Borclu tərəfindən 05.08.2021-ci il tarixdə 436 manat ödəniş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev 21.08.2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov rayon Məhkəməsinin 8(005)-1305/2018 saylı, 29.10.2018-cı ıl tarixli qərardadı ilə Borclu məxsus "Toyota Camry” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-509/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-509/2021
20.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver