Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-51/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Borclu MMC-nin nümayəndəsi və vəkili X1, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8, 10, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 70, 72, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, 29, 31, 33, 35, 37, 39 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 2, 4 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 89A saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A saylı, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 8A saylı, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 13, 15, 17, 19, 21, 23 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 73, 73B, 73C, 75, 75A, 75B, 75C saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120A saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 13, 15, 17, 19, 21, 23, 2, (ev 23) saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 13, 15, 17, 19, 21, 23, 3, (ev 23) saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68, 15, (ev 60) saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68, 6, (ev 60) saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68, 3, (ev 68) saylı, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 2, 4, 1, (ev 43) saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8, 10, ev 57, M5, mənzil 107 saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8, 10, 25, mənzil 88 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 2, 4, 2, m2 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, 29, 31, 33, 35, 37, 39, 21. m2 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, 29, 31, 33, 35, 37, 39, ev 39 m. 12 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 70, 72, ev 25 m.81 saylı mənzillərin ‘‘Araz 2011A” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8, 10, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 70, 72, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, 29, 31, 33, 35, 37, 39 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 2, 4 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 89A saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126 A saylı, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 8A saylı, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 13, 15, 17, 19, 21, 23 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 73, 73B, 73C, 75, 75A, 75B, 75C saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60,62,64,66,68 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120A saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 13, 15, 17, 19, 21, 23, 2, (ev 23) saylı, Bakı şəhəri. Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 13, 15, 17, 19, 21, 23, 3, (ev 23)saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68, 15, (ev 60) saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68, 6, (ev 60) saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 60, 62, 64, 66, 68, 3, (ev 68) saylı, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 2, 4, 1, (ev43) saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8, 10, ev 57, M5, mn.107 saylı, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 8, 10, 25, m 88 saylı, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 2,4, 2. m2 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, 29, 31, 33, 35, 37, 39, 21, m2 saylı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, ev 70, 72, ev 25 m.81 saylı mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16 A saylı mənzilin dəyəri olan 145000 manat məbləğində pul borclular "xxxx" MMC və Nərimanov Rayon icra Hakimiyyətindən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 160 manat (80+80) manat məbləğində pul vəsaiti borclulardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş, borclu "xxxx" MMC-yə məxsus bank hesabları olduğu müəyyən olunmuş, həmin hesablara inkasso sərəncamı tətbiq edilmiş, lakin bank hesablarında yetərli pul vəsaiti olmadığı üçün icra sənədi icra olunmamışdır. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu “Araz 2011 A" MMCnin mülkiyyətində yuxarıda qeyd olunan mənzillərin olması müəyyən edimişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru Zamiq Kazımov təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu MMC-nin nümayəndəsi və vəkili X2 təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16 A saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pul borclular "xxxx" MMC və Nərimanov Rayon icra Hakimiyyətindən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, təqdimatda qeyd edilən daşınmaz əmlaklar borclu "xxxx" MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus təqdimatda qeyd edilən mənzillərin olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borcluya məxsus təqdimatda qeyd edilmiş bütün daşınmaz əşyaların üzərinə həbs qoyulması mütənasiblik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, borclunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Göstərilənlərə əsasən məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus iki ədəd mənzilin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat qismən təmin edilərək, Borclu MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126 A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə həbs qoyulmalıdır. Təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126 A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-51/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-51/2023
13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver