Məhkəmə qərarları › İş №8(005)-51/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-51/2024

30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-51/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-627/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Borclu məxsus «Hyundai Tucson» minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə müraciət edərək, ünvan 3-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu cəmi 1280 manat məbləğində pul vəsaiti və 32.80 manat dövlət rüsumu tutularaq tələbkar “ABC-Telecom" MMC nin xeyrinə ödənilməlidir. icra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-2790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «Hyundai Tucson» minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)- 627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi tam icra olunmuşdur. Bu səbəbdən icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(0051-627/2023 saylı, D6.12.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Hyundai Tucson» minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair məsələyə baxılmasım xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2790/2022 saylı 01.08.202-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1280 manat borc və 32,80 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Hyundai Tucson» minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 3-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borc ödənildiyi üçün icra vərəqəsinin icraatına xitam verilməsi xahiş edilmişdir. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 3-ci il tarixli icra sənədi tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. - 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. - 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi üzrə tələb tam təmin olunmaqla icraata xitam verildiyindən borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-627/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu «Hyundai Tucson» minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-627/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Borclu «Hyundai Tucson» minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Nərimanov Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar