Məhkəmə qərarları › İş №8(005)-511/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-511/2022

22.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-511/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qasımov Əli Müşviq oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5022/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-nə məxsus “MİTSUBİSHİ L200” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5022/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sönədinin icrasını təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-nə məxsus “MİTSUBİSHİ L200” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5022/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X1 və Borclu MMC-dən müştərək qaydada 6405 manat məbləğində pul vəsaiti və 500 manat mənəvi ziyanın əvəzi tutularaq Tələbkar ödənilməlidir. Həmçinin məhkəmə-fonoskopik ekspertizasının dəyəri 300 manat məbləğində pul vəsaiti borclulardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci ildə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi ilə göndərilmişdir. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən borclu hüquqi şəxs olan Borclu MMC-nin mövcud bank hesablarının üzərinə icra məmuru tərəfindən inkasso sərəncamları qoyulmuş, icra sənədində qeyd edilən 7205 manat borcdan müvafiq sərəncam üzrə cəmi 3176,37 manat pul tutularaq Tələbkar məxsus bank hesabına köçürülmüşdür. Daha sonra, borclu hüquqi şəxs olan Borclu MMC-nin mövcud bank hesablarının üzərinə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən inkasso sərəncamları qoyulmasına baxmayaraq, müsbət nəticələr əldə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Borclu MMCnə məxsus “MİTSUBİSHİ L200” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən olmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, borclu hüquqi şəxs olan Borclu MMC-nin mövcud bank hesablarının üzərinə icra məmuru tərəfindən inkasso sərəncamları qoyulmuş, icra sənədində qeyd edilən 7205 manat borcdan müvafiq sərəncam üzrə cəmi 3176,37 manat pul tutularaq Tələbkar məxsus bank hesabına köçürülmüşdür. Daha sonra, borclu hüquqi şəxs olan Borclu MMC-nin mövcud bank hesablarının üzərinə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən inkasso sərəncamları qoyulmasına baxmayaraq, müsbət nəticələr əldə edilməmişdir. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Borclu MMC-nə məxsus “MİTSUBİSHİ L200” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edlsin. Borclu MMC-nə məxsus “MİTSUBİSHİ L200” minik markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar