Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-513/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli, həmin məhkəmənin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(005)- 734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin verilməsi üçün əsas olmuş məhkəmə qətnamələrinin izah edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli, həmin məhkəmənin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin verilməsi üçün əsas olmuş məhkəmə qətnamələrində nəzərdə tutulmuş tələbkarların sağlamlıqlarına vurulmuş zərərə görə ödənilməli olan aylıq müavinətlərin miqdarı ilə bağlı izah verilməsini xahiş etmişdir. Ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1571/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən tələbkarlar X12 1800 manat, Məmmədağa Hüseyn oğluna 1600 manat, X4 2000 manat, X1 1250 manat, X5 1250 manat olmaqla, cəmi 7900 manat birdəfəlik müavinət Borclu MMC-dən tutulmalı, tələbkarlar X8, Məmmədağa Hüseyn oğluna, X4, X1, X5 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi Borclu MMC-yə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2015-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu MMC-yə göndərilmiş və xx.xx.2015-ci il tarixdə borclunun səlahiyyətli nümayəndəsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu MMC-dən tələbkarlar X2 xeyrinə 2500 manat və X6 xeyrinə 2520 manat birdəfəlik müavinət tutulmalı, tələbkarlar X3 və X9 2015-ci ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi Borclu MMC-yə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu MMC-yə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu MMC-dən tələbkar X7 xeyrinə 4410 manat birdəfəlik müavinət və 2017-ci ilin noyabr ayından başlayaraq sağlamlığına vurulmuş zərərə görə aylıq müavinətlər ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu MMC-yə göndərilmiş və xx.xx.2018-ci il tarixdə borclunun rəhbəri X14 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədləri xx.xx.2018-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə tələbkarların sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi hissəsi ilə bağlı müavinətin miqdarı ilə əlaqədar tərəflər arasında fikir ayrılığı mövcuddur. Məhkəmə qərarlarında aylıq müavinətin miqdarı qeyd olunmadığından, məhkəmə qətnamələrinə həmin hissələrdə izah verilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə icra sənədində göstərilən tələblər aydın olmadığından, Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə uyğun olaraq hər üç qətnaməyə izah verilməsini mümkün hesab edir. Ərizədən və iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X12 1800 manat, Məmmədağa Hüseyn oğluna 1600 manat, X4 2000 manat, X1 1250 manat, X5 1250 manat olmaqla, cəmi 7900 manat birdəfəlik müavinətin Borclu MMC-dən tutulması, tələbkarlar X8, Məmmədağa Hüseyn oğluna, X4, X1, X5 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsinin Borclu MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5032/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1571/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Digər iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-182/2016 saylı qiyabi qətnaməsindən görünür ki, cavabdeh Borclu MMC-dən iddiaçılar X2 xeyrinə 2500 manat və X6 xeyrinə 2520 manat birdəfəlik müavinət tutulması, tələbkarlar X3 və X9 2015-ci ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsinin Borclu MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3812/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Borclu MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(005)-182/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5187/16 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə cavabdeh Borclu MMC-nin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3812/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Digər iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu MMC-dən tələbkar X7 xeyrinə 4410 manat birdəfəlik müavinət və 2017-ci ilin noyabr ayından başlayaraq sağlamlığına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Ərizəçi sağlamlığa vurulmuş zərərə görə iddiaçılara ödənilməli olan aylıq müavinətlərin miqdarının icra vərəqəsində göstərilmədiyindən, həmin məbləğlə bağlı fikir ayrılığının olduğunu qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli, həmin məhkəmənin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamələrində cavabdeh Borclu MMC-dən sağlamlığa vurulmuş zərərə görə aylıq müavinətlərin tutulması qət edilsə də, qətnamələrin nəticə hissəsində müavinətlərin məbləği göstərilməmişdir. Nəzərə alınmalıdır ki, qətnamələrin nəticə hissəsində tutulmalı olan məbləğlərin göstərilməməsinə baxmayaraq, əsaslandırıcı hissəsində qeyd edilən müavinətlərin məbləğləri dəqiq göstərilmişdir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində hər ay əlillərin siyahısında göstərilən X8 180 manat, X5 qızına 125 manat, Məmmədağa Hüseyn oğluna 160 manat, X4 200 manat və X1 125 manat müavinət ödənilməsi qeyd edilmişdir. Digər iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-182/2016 saylı qiyabi qətnaməsinin əsaslandırıcı hissəsində cavabdeh Borclu MMC tərəfindən iddiaçılar X10 ödənilən 126 manat, X3 ödənilən 125 manat müavinətin 2014-cü ilin fevral ayından dayandırıldığı qeyd edilmişdir. Digər iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsaslandırıcı hiissəsində cavabdeh Borclu MMC tərəfindən iddiaçı X11 ödənilən 126 manat müavinətin 2014-cü ilin fevral ayından dayandırıldığı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, sağlamlığa vurulmuş zərərə görə ödənilməsi davam etdirilməli olan məbləğlər, qətnamələrin əsaslandırıcı hissəsində nəzərdə tutulmuş və bu məbləğlər artıq işə baxılanadək ödənilməyə başlandığından “qət etdi” hissədə yalnız həmin məbləğlərin ödənilməsinin davam etdirilməli olması qeyd edilmişdir. Lakin icra sənədlərində müvafiq məbləğlərin göstərilməməsi səbəbindən tələb aydın olmadığından icra məmurunun müvafiq qətnamələrə izah verilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, “İcra haqqnda” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə uyğun olaraq, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilməlidir: 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə tələbkarlar X8 180 manat, X5 qızına 125 manat, Məmmədağa Hüseyn oğluna 160 manat, X4 200 manat və X1 125 manat məbləğində aylıq müavinətlərin ödənilməsi Borclu MMC-yə həvalə edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilməlidir: 2015-ci ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə tələbkarlar X3 125 manat və X9 126 manat məbləğində aylıq müavinətlərin ödənilməsi Borclu MMC-yə həvalə edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilməlidir: 2017-ci ilin noyabr ayından başlayaraq sağlamlığına vurulmuş zərərə görə X11 126 manat məbləğində aylıq müavinətin ödənilməsi Borclu MMC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli, həmin məhkəmənin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(005)- 734/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamələrinə izah verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin ərizəsi təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilsin: 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə tələbkarlar X8 180 manat, X5 qızına 125 manat, Məmmədağa Hüseyn oğluna 160 manat, X4 200 manat və X1 125 manat məbləğində aylıq müavinətlərin ödənilməsi Borclu MMCyə həvalə edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilsin: 2015-ci ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə tələbkarlar X3 125 manat və X9 126 manat məbləğində aylıq müavinətlərin ödənilməsi Borclu MMC-yə həvalə edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilsin: 2017-ci ilin noyabr ayından başlayaraq sağlamlığına vurulmuş zərərə görə X11 126 manat məbləğində aylıq müavinətin ödənilməsi Borclu MMC-yə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-513/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-513/2022
05.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver