Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-514/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İcra məmuru X2, Tələbkar nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin izah edilməsinə dair icra məmuru X2 ərizəsinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktı nəzərə alınaraq tələbkara ödənilməsi hissəsində izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatında olan müvafiq icra işi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda - qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı qarderob (1.500 manat), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol., 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 manat), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 ədəd sendifon yorğan, Can dəsmalları, əl dəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2.500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat, Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Evrolux 600 manat, Soyuducu Hotpoint 1 od, Motbox masası, 2 stul və divan 400 manat, Qaz sobası 1 ədəd, Soba 450 manat, Mikrovalnovka 350 manat, Ət rraşını 1 ədəd, Toster 1 ədəd, Blender 1 ədəd, Mikser 1 ədəd, Qazan dəstləri 3 ədəd, Ləyən və plastik qablar, Elektronsac 1 ədəd, Süfrələr 3 ədəd, Sokçəkən maşın, Elektron samovar 1 ədəd, Paltartikən maşın 1 ədəd, Tozsoran 1 ədəd 500 manat, Uşaq otağı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları, toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 585 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlı, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinyət əşyaları, cavabdeh Borclu alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanaraq icra olunması üçün borcluya, məlumat üçün tələbkar və məhkəməyə göndərilmişdir. Tərəflərindən aparılmış icra tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanına gəldik. Ünvana baxış keçirilən zaman icra sənədində göstərilən cehiz əşyaları və qızıl zinət əşyalarının müəyyən hissəsi borcludan alınaraq tələbkara təqdim olurdu. Bununla bağlı tərəflərindən müvafiq akt tərtib olunaraq məhkəməyə məlumat verilmişdir. Hazırda icra sənədində göstərilən bəzi cehiz əşyaları və qızıl zinət əşyaları olmadığından və onların bəzilərinin dəyəri göstərilmədiyindən icra sənədinin icrası natamam qalmış və icra etmək mümkün olmamışdır. Belə ki, icra sənədindən göründüyü kimi əmlakların bəzilərinin dəyəri göstərilməmişdir. Bu halda icra sənədinin tam icra olunmasına çətinlik yaradır. Məhkəmə iclasında iştirak edən icra məmuru X6 ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, qətnamədə göstərilən əmlakların bir hissəsinin təqdim edilməsi təmin edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Lakin qalan əmlaklar aşkar edilmədiyindən, onların dəyərinin ödənilməsinin təmin edilməsi zərurəti yaranmışdır. İcra sənədində isə bəzi əşyaların dəyəri göstərilməmişdir. Bu səbəbdən ərizəsinin təmin edilməsini və qətnaməyə izah verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi X4 bildirmişdir ki, uzun müddətdir ki qətnamənin icrası təmin edilə bilmir. Bu səbəbdən qətnaməyə izah verilməsini və dəyəri göstərilməyən əşyaların qiymətləndirilməsini xahiş edir. Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun qətnaməyə izah verilməsinə dair ərizəsini, prosesdə iştirak edən şəxlərin izahatlarını və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakılara əsasən rədd edilməlidir. Mülki iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 179/2022-022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanda qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı qardolab (1.500 manat), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol., 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 manat), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 ədəd sendifon yorğan, Can dəsmalları, əl dəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2.500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat, Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Evrolux 600 manat, Soyuducu Hotpoint 1 od, Motbox masası, 2 stul və divan 400 manat, Qaz sobası 1 ədəd, Soba 450 manat, Mikrovalnovka 350 manat, Ət rraşını 1 ədəd, Toster 1 ədəd, Blender 1 ədəd, Mikser 1 ədəd, Qazan dəstləri 3 ədəd, Ləyən və plastik qablar, Elektronsac 1 ədəd, Süfrələr 3 ədəd, Sokçəkən maşın, Elektron samovar 1 ədəd, Paltartikən maşın 1 ədəd, Tozsoran 1 ədəd 500 manat, Uşaq otağı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları, toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 585 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlı, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinyət əşyaları, cavabdeh Borclu alınaraq iddiaçı X3 verilməlidir; Abşeron rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. İcra məmurları Elzamin İsayev, Zamiq Kazımov, tələbkar Sadıqova (Hüseynova) Sevinc İlyas qızı, borclu şəxs Borclu və hal şahidləri X5 və X1 imzaları ilə təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, borclu şəxsin icra sənədində göstərilən ünvan 3 ünvanda olublar. İcra sənədində göstərilən aşağıda sadalanan əmlaklar 1.L6 markalı Telebvizor-1 ədəd; 2. Rastalquska-1ədəd; 3. Döşək-2 ədəd; 4. Yastıq – 2 ədəd; 5. Yorğan -2 ədəd; 6. Yorğan-1 ədəd; 7. Ütü masası-1 ədəd; 8. Xrustal dəst-7 ədəd; 9. Oyun setkası-1 ədəd; 10. Oyuncaqlar. 11. Xalça-1 ədəd; 12. Sokçəkən-1 ədəd; 13 Tık döşən-2 ədəd; 14 Qaşıq-çəngəl dəsti-1 ədəd; 15. Plastik qablar; 16. Plastik siyirməli şkaf aşkar edilərək siyahıya alınaraq tələbkara təhvil verilir. İcra sənədində göstərilən əmlaklar aşkar edilmədiyi üçün tələbkara təhvil verilmədi. Qeyd olunmalıdır ki, qətnaməyə izah verilməsinin əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu ilə tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır; 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Mülki Prosessual Məcəllənin 220.1 və 230-cu maddələrinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Nəzərə alınmalıdır ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Belə hallarda adətən qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə icra vərəqəsinin icrasında yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. Qətnaməyə izah verilməsi qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədə sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da qətnamə izah oluna bilər. Qətnaməyə yuxarıda göstərilənlərlə əlaqədar olmayan hallarda izahın verilməsi onun məzmununun dəyişdirilməsinə səbəb ola bilər. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli, 2 nömrəli Qərarında öz təsdiqini tapmışdır. Belə ki, həmin Qərarın 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qeyd olunan qanunvericilik normalarının və məhkəmə təcrübəsinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın, belə ki, izah qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Yalnız icra sənədində göstərilmiş tələblər aydın olmadığı halda qətnamənin izah olunması ilə bağlı ərizə təmin edilə bilər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə icra vərəqəsinin icra edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq və qanunun aliliyinin təmin olunması, hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanmaqla icra məmuru tərəfindən həyata keçirilir. Qətnamə qanunauyğun şəkildə icra olunmadığı halda isə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət verilməklə pozulmuş hüquqlar bərpa oluna bilər. Hazırda icra məmurunun mübahisələndirdiyi məsələ qətnamədə cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlakların bəzilərinin dəyərinin müəyyən edilməməsi ilə bağlıdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə qətnaməsinin izahı onun icrası ilə əlaqədar çətinlikliklərin aradan qaldırılması məqsədilə verilir və məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnaməyə izah verilməsi anlaşılmayan ifadələr və hüquqi terminlərin birmənalı şəkildə çatdırılmasına xidmət edir. İzah verilməsi tələb edilən 2(005)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin qəbul edilməsi prosesində bəzi əşyaların qiymətləndirilməsi ilə bağlı hər hansı tələb olmamış və məhkəmə baxışı zamanı bu məsələ araşdırılmamışdır. Qətnaməyə izah verilməklə məhkəmə baxışının predmeti olmayan məsələyə aydınlıq gətirilə, əşyaların dəyəri müəyyən edilə bilməz. Dəyəri göstərilməyən əşyaların qiymətləndirilməsi üçün yenidən məhkəməyə müraciət edilməli, müstəqil məhkəmə araşdırması ilə əmlakların qiymətləndirilməsi aparılmalıdır və yaxud tələbkarın qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi ilə icra sənədinin icrası təmin edilə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-179/2022-022 nömrəli qətnaməsi tam aydındır, qətnamədə və ya icra sənədində hər hansı bir qeyri-müəyyənlik və ya anlaşılmazlıq mövcud deyildir. İzah verilməsi xahiş edilən qətnamədən görünür ki, qətnamədə aydın olmayan, anlaşılmayan ifadələrdən istifadə edilməmişdir. Bu səbəbdən qətnamənin izah edilməsi barədə ərizənin təmin edilməsi üçün əsas mövcud deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-179/2022-022 saylı qətnaməsinə izah verilməsinə dair icra məmuru X2 ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-179/2022 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-514/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-514/2024
09.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver