Məhkəmə qərarları › İş №8(005)-52/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-52/2025

24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-52/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi nə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1972/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5601.69 manat məbləğində pul vəsaiti və 77 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Sorğudan əldə olunmuş məlumata əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilərək, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və Məhkəmənin 8(005)- 724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Belə ki, Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1972/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb tam icra olunduğu üçün məlum icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0049378-F nömrəli kredit müqavilənin ləğv edilməsi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK- 00026450 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK- 00020066 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2, X1 və Borclu müştərək qaydada əsas məbləğ üzrə 5500 manat 39 qəpik, faiz borcu üzrə 101 manat 30 qəpik olmaqla, cəmi 5601 manat 69 qəpik məbləğində pul vəsaitinin iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin xeyrinə tutulması qət edilmişdir; - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21074" markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - “X3” MMC-nin Nərimanov İcra Şöbəsinə ünvanlanmış 21.10. 2024-cü il tarixli məktubunun surətindən görünür ki, icra sənədi üzrə borc ödənilmişdir, icraata xitam verilməsi xahiş olunmuşdur; İcra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, icra sənədi tam icra edildiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-724/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21074” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar