Məhkəmə qərarları › İş №8(005)-522/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-522/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-522/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Borclu-ərizəçi X3, Tələbkar Tələbkar1, Tələbkar Tələbkar2 iştirakları ilə X1 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-111/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 2(005)- 111/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra olunması üçün 6 ay möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 111/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilməklə iddia qismən təmin edilməklə cavabdeh X2 təmir xərcinə görə 20136 (iyirmi min yüz otuz altı) manat, mənzilə görə ödənilmiş 74823,17 (yetmiş dörd min səkkiz yüz iyirmi üç manat on yeddi qəpik) manat, cəmi 94959,17 (doxsan dörd min doqquz yüz əlli doqquz manat, on yeddi qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258,3 manat pul iddiaçılar Tələbkar1 və Tələbkar2 xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və iş üzrə icra vərəqəsi verilmişdir. İşin icrası Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 həvalə edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, həmin qətnamənin icrasına möhlət verilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qətnamənin hazırda birdəfəyə icra olunmasına maddi durumum imkan vermir. Belə ki, özü heç bir yerdə işləmir və gəliri yoxdur. İcra məmuruna ona möhlət verilməsi ilə bağlı şifahi müraciətlər etsə də nəticəsi olmamışdır. Odur ki məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Həmçinin hesab edir ki, Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 hazırkı işə maraqlı şəxs qismində dəvət olunmalı və icra işinin materiallarını məhkəməyə təqdim edilməlidir. Məhkəmə iclasında iştirak edən borclu - ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar1 qətnamənin icrasına 6 ay möhlət verilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Tələbkar2 qətnamənin icrasına 6 ay möhlət verilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu - ərizəçi, tələbkar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, borclunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 111/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-111/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 təmir xərcinə görə 20136 (iyirmi min yüz otuz altı) manat, mənzilə görə ödənilmiş 74823,17 (yetmiş dö'd min səkkiz yüz iyirmi üç manat on yeddi qəpik) manat, cəmi 94959,17 (doxsan dörd min doqquz yüz əlli doqquz manat, on yeddi qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258,3 manat pul iddiaçılar Tələbkar1 və Tələbkar2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə ekspertizası xərci olaraq 100 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********. Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının icrasına möhlət verilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Belə ki, icrasına möhlət verilməsi müstəsna haldır və onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkarlar Tələbkar1 və Tələbkar2 qətnamənin icrasına möhlət verilməsinə etiraz etmişdirlər. Məhkəmə qeyd edir ki, icra vərəqəsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən qaydada icrasına 6 ay möhlət verilməsi icra sənədinin icrası üçün kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarların məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla, hazırda borclunun ərizədə göstərdiyi dəlillər qətnamənin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunın hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir (ərizəyə yalnız məhkəmə qətnaməsi əlavə olunmuşdur). Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla X6 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(005)-111/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-111/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar