Məhkəmə qərarları › İş №8(005)-524/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-524/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-524/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar, Borclu-ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanova ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024-065 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən vəzifənin ləğv olunması və əvəzində təklif olunan yeni vəzifənin məhkəmə qərarında göstərilən vəzifəyə uyğun olub-olmaması məsələsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024-065 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 Tələbkar barəsində 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmri ləğv edilməlidir. İddiaçı X10 Bakı şəhər icra Hakimiyyətinin Abadlaşdırma və ParkX8 Departamentinin X2 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri - baş iqtisadçı vəzifəsinə bərpa olunmalı, 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmr verildiyi tarixdən işə bərpa olunduğu tarixədək Tələbkar məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə daxil olmuş, müvafiq tarixdə icraata başıamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borclu Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və ParkX8 Departamentinin X4 göndərilmişdir. Borclu təşkilatın şöbəyə ünvanladığı müvafiq cavab məktublarına əsasən müəyyən edilmişdir ki, X2 iş həcminin artması və struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli 28 saylı əmrin 1-ci bəndinə əsasən Maliyyə və büdcə proqnozlaşdırılması şöbəsi ləğv edilmiş, 5-ci bəndinə əsasən ləğv edilmiş Maliyyə və büdcə proqnozlaşdırılması şöbəsi üzrə 1 vahid tam ştat baş iqtisadçı vəzifəsi ixtisar edilmişdir. Eyni əmrin 4-cü bəndinə əsasən yeni yaradılmış Mühasibat uçotu və iqtisadiyyat şöbəsinə 1 vahid tam ştat aparıcı iqtisadçı vəzifəsi əlavə edilmişdir. İxtisar edilmiş baş iqtisadçının vəzifə öhdəliklərini təsdiq edilmiş Vəzifə təlimatına əsasən yeni yaradılmış aparıcı iqtisadçı icra edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən vətəndaş Tələbkar xx.xx.2025-ci il tarixdə 3-52-6/2-P-1-272/2025 saylı məktubla ləğv edilmiş ştat vahidinin əmək haqqına bərabər X2 tabeliyində olan X7 Baş iqtisadçı vəzifəsi təklif olunması ilə bağlı məktub ünvanlanmışdır. Lakin vətəndaş Tələbkar 14 may 2025-ci il tarixində Nərimanov rayon İcra Şöbəsinə ünvanladığı ərizədə Baş iqtisadçı vəzifəsi təklif etdiyimiz halda təhrif edilmiş, “Birlik tərəfindən hər hansı “sovxoz”da iqtisadçı vəzifəsi” təklif ediyimizi və“iqtisadçı” vəzifəsinin onu qane etmədiyini bildirmişdir. X5 büdcə təşkilatı olduğundan ştat cədvəlləri və ayrılan büdcə vəsaitləri hər il üçün təsdiq olunur. Ştat cədvəlində və ayrılan büdcə vəsaitində hər hansı dəyişikliyə zərurət yarandıqda adətən bu kimi halların növbəti büdcə ilində nəzərə alındığından icra sənədinin dərhal təmin edilməsi məqsədilə vətəndaşa X2 tabeliyində büdcədənkənar gəlirləri olan Ağac - X9 ləğv edilmiş ştat vahidinin əmək haqqına bərabər Baş iqtisadçı vəzifəsi təklif olunmuşdur. X2 nizamnaməsinə əsasən tabeli təşkilatların direktorlarını və baş mütəxəsislərini (baş iqtisadçı, baş mühasib və sair) Birliyin baş direktoru təyin edir. İcra sənədinin təmin edilməsi məqsədilə bildirilmişdir ki, məhkəmə qərarında göstərilən vəzifə təşkilatımızda ləğv edilmişdir. Vətəndaş Tələbkar ləğv olunmuş ştat vahidinin əmək haqqına bərabər X2 tabeliyində olan Ağac - X9 Baş iqtisadçı vəzifəsinə bərpa edilməsini təklif edirik və bu təklifin məhkəmə qərarına uyğun olduğunu hesab etdiyimizdən məhkəmə qətnaməsinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi icra şöbəsindən xahiş edilmişdir. Sənədə əlavə edilmiş Bakı şəhər icra Hakimiyyətinin Başçısı Aparatının X3 nizanmaməsinin 4.5-ci maddəsi ilə müəyyən edilir ki, birliyin strukturunu və ştat cədvəlini Bakı şəhər icra Hakimiyyətinin rəhbəri təsdiq edir, icra sənədində tələb olunan vəzifənin ləğv edilməsi, ştatın olmaması icra sənədində çətinlik yaradır. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar borclu tərəfindən ona əvvəlki vəzifəsindən fərqli - X2 tərkibində olan sovxozda baş iqtisadçı vəzifəsinin təklif edildiyini, bununla razı olmadığını bildirmiş, çıxarıldığı və məhkəmə qətnaməsində qeyd olunan əvvəli vəzifəsinə bərpa olunmaq istədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə qeyd edilən normaya əsasən ərizəyə borclunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tələbkarı və borclunun nümayəndəsini dinləyib, icra məmurunun qərardada izah verilməsinə dair ərizəsində göstərilənləri və icra işi materiallarını tədqiq edib hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. - 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikasının Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, məhkəmə aktı üzrə tərəflərin, habelə icra orqanın müvafiq əsaslandırılmış ərizəsi ilə icra sənədinin verilməsi üçün əsas olmuş qərardad onun məzmunu dəyişdirilmədən məhkəmə tərəfindən izah oluna bilər. Məhkəmə qeyd edir ki, məhkəmə aktının izah olunması onunla əlaqədardır ki, qərardad aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-müəyyən olur. Belə hallarda məhkəmə aktının izah edilməsi zərurəti yaranır ki, bu da icrada yaranan çətinliklərin aradan qaldırılmasına xidmət edir. Belə ki, məhkəmə aktında aydın, dəqiq olmayan və ya ziddiyyətli ifadələrdən istifadə edilməsi onun işdə iştirak edən şəxslər tərəfindən düzgün başa düşülməməsinə və icra orqanı tərəfindən icra edilməsində çətinlik yaranmasına səbəb ola bilər. Hazırda icra məmuru tərəfindən məhkəməyə ünvanlanmış ərizədə icra vərəqəsinin izah edilməsinə dair göstərilmiş əsaslar mövcud deyildir. Belə ki, Tələbkar ilə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Tələbkar müəssisədə 17-ci dərəcəli şöbə müdiri - baş iqtisadçı vəzifəsinə işə qəbul edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin X3 48 №-li 01 aprel 2022-ci il tarixli əmri ilə Tələbkar ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 01 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Tələbkar ərizəsi göstərilmişdir. İddiaçı Tələbkar cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmrin ləğv edilməsi, əvvəlki BŞİH-nin X4 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində təzminatın və 70 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzah verilməsi xahiş olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin olunaraq Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 Tələbkar barəsində 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmrinin ləğv edilməsi; iddiaçı Tələbkar Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri - baş iqtisadçı vəzifəsinə bərpa olunması; 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmr verildiyi tarixdən işə bərpa olunduğu tarixədək Tələbkar məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi; cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X5ndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə cavabdeh tərəfindən mübahisələndirilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən salxanılmışdır. Bundan sonra qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün icra orqanına göndərilmişdir. Göründüyü kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin məzmunu ilə bağlı hər hansı izaha ehtiyac yoxdur. Belə ki, qeyd olunan qətnamə – habelə onların əsasında verilmiş icra vərəqəsində məhkəmə tərəfindən iddiaçının iddia tələbinə, habelə tərəflər arasında bağlanmış və iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə əsasən iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması göstərilmişdir. Hazırda icra məmurunun ərizəsinə əsasən, təklif olunan yeni vəzifənin məhkəmə qərarında göstərilən vəzifəyə uyğun olub-olmaması məsələsinə izah verilməsi qətnamənin məzmununun dəyişdirilməsinə səbəb olur ki, bu da qanunvericiliyə əsasən, yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar