Məhkəmə qərarları › İş №8(005)-53/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-53/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-53/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi X1 nümayəndəsi X3 iştirakı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1520/2024 saylı icra sənədi üzrə icrası qaydasının dəyişdirilməsi ilə bağlı X2 tərəfindən verilmiş ərizəyə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, ödədiyi alimentin 50 faiz məbləğini qızı X8 bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni belə əsaslandırmışdır ki, Borclu bildirir ki, hər ay qazancından aliment olaraq təxminən 235 manat civarında sabit pul məbləği tutularaq Tələbkar ödənilir. Borclu hesab edir ki, həmin alimentin heç də hamısı övladının saxlanılmasına xərclənmir. Borclu bildirir ki,hər dəfə övladı ilə görüşərkən onun kifayət qədər gəzintisinin olmamasını , geyimlərinin lazımi səviyyətə olmamasını müşahidə edir. Hər dəfə görüşdükdə qızında eyni geyimlərin olduğunu bildirir.Borclu bildirir ki,uşağn gələcəkdə təhsili,sağlamlığı,istirahəti,digər ehtiyaclarını qarşılamaq üçün adına açılan bank hesabındakı vəsaitin uşaq üçün faydalı olacağını bildirir. Buna görə də ödədiyi alimentin 50 faiz məbləğini övladı X6 adına açılmış bank hesabına köçürülməsini zəruri hesab edir. Borclu bildirir ki, bununla bağlı tələbkar (iddiaçı) Tələbkar mediasıya təklifi göndərsə də, 16 saylı Medisasiya Təşkilatında aralarında mediasiya prosesi keçirilsə də o, ziddiyyətli mövqe tutaraq borclunun ödədiyi alimentin 50 faiz məbləğinin övladının adına açılmış bank hesabına keçirilməsindən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X5 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda tələbkar ərizə ilə müraciət edərə, ərizənin təmin edilməməisini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəni araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1 -ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, ərizəyə iddiaçının alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübutlar əlavə edilməmişdir. Göründüyü kimi ərizəçi X10 ərizəsi “hər ay qazancından aliment olaraq təxminən 235 manat avarında məbləğ tutulur”, “həmin alimentin heç də hamısı övladının saxlanılmasına xərclənmir”, “Övladı ‘’kifayət qədər gəzintisinin olmamasını , geyimlərinin lazımi səviyyədə olmamasını ” kimi dəlillərdən ibarətdir, lakin həmin dəlillər formal ifadələrdən ibarətdir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi ödənilən aliment məbləğinin bank hesabına köçürülməsi barədə müraciət edir, lakin o, bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini sübut etmək vəzifəsi daşısa da, ərizədə qeyd olunanları əsaslandıra bilməmişdir. Göründüyü kimi, hazırki halda ərizənin dəlillərini sübutetmə yükü ərizəçi X4 üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə № 1520/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadına əsasən, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Belə olan halda, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü -ci il tarixli, 2(005)-1520/2024 saylı icra sənədi üzrə icrası qaydasının dəyişdirilməsi ilə bağlı X1 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1520/2024 saylı icra sənədi üzrə icrası qaydasının dəyişdirilməsi ilə bağlı X1 ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar