Məhkəmə qərarları › İş №8(005)-531/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-531/2022

02.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-531/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Borclu "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olan DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF- *** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov Borclu "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olan DAEWOO BC212MA avtobus markalı, **- TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF- *** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən maddi zərərin əvəzi kin 3.155 manat iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Borclu MMC-dən tutulub dövlət büdcəsinə keçirilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənəd üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclunə məxsus olan DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF- *** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı avtomobillər olması müəyyən edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclunə məxsus olan DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF- *** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı avtomobillər olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edlsin. Borclu "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus olan DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF- *** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı, DAEWOO BC212MA avtobus markalı, **-TF-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar