Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-532/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-yə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3677/2017 saylı, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-254/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-835/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan UNC 60 markalı, 10A-735 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin, AMMANN AV20-2 markalı, 10A-508 dövlət qeydiyyat nişanlı vərdənənin, Belarus MTZ-82 markalı, 10A-153 dövlət qeydiyyat nişanlı traktorun, 2-PTS 4 T markalı, 10Q-602 dövlət qeydiyyat nişanlı traktor yedəyinin, DT 75 markalı, 10N-239 dövlət qeydiyyat nişanlı buldozerin və DEK 251 markalı, 10N-202 dövlət qeydiyyat nişanlı qaldırıcının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3677/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən birdəfəlik 9390 manat, 2017-ci ilin may ayından başlayaraq hər ay 330 manat məbləğində aylıq ödənc xx.xx.2009-cu il təvəllüdlü X2 vo xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tələbkar X3 verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "ANT-İnşaat” MMC-dən 126785,53 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu təiəbkar “HGC Group" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Mənkəməsinin 2-2(82)-254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 28300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Azəriqaz” İB-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbil edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 18500 manat məbləğində pul vəsaiti və 1,75 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-835/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 12600 Avro məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar “Elan Fuarçılık Ticaret LTD” Şikətinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin mülkiyyətində UNC 60 markalı, 10A-735 dövlət qeydiyyat nişanlı frontal yükləyici, AMMANN AV20-2 markalı, 10A-508 dövlət qeydiyyat nişanlı vərdənə, Belarus MTZ-82 markalı, 10A-153 dövlət qeydiyyat nişanlı traktor, 2-PTS 4 T markalı, 10Q-602 dövlət qeydiyyat nişanlı traktor yedəyi, DT 75 markalı, 10N-239 dövlət qeydiyyat nişanlı buldozer və DEK 251 markalı, 10N-202 dövlət qeydiyyat nişanlı qaldırıcı aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflər və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3677/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən birdəfəlik 9390 manat, 2017-ci ilin may ayından başlayaraq hər ay 330 manat məbləğində aylıq ödənc xx.xx.2009-cu il təvəllüdlü X2 vo xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tələbkar X3 verilməlidir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu "ANT-İnşaat” MMC-dən 126785,53 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu təiəbkar “HGC Group" MMCnin xeyrinə ödənilməlidir. 2 Saylı Bakı İnzibati-İqtisadi Mənkəməsinin 2-2(82)-254/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 28300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Azəriqaz” İB-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 18500 manat məbləğində pul vəsaiti və 1,75 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-835/2021 nömrəli. xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 12600 Avro məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar “Elan Fuarçılık Ticaret LTD” Şikətinin xeyrinə ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin adına Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində qeydiyyatda olan texnikalar haqqında məlumatdan görünür ki, UNC 60 markalı, 10A-735 dövlət qeydiyyat nişanlı frontal yükləyici, AMMANN AV20-2 markalı, 10A-508 dövlət qeydiyyat nişanlı vərdənə, Belarus MTZ-82 markalı, 10A-153 dövlət qeydiyyat nişanlı traktor, 2-PTS 4 T markalı, 10Q-602 dövlət qeydiyyat nişanlı traktor yedəyi, DT 75 markalı, 10N-239 dövlət qeydiyyat nişanlı buldozer və DEK 251 markalı, 10N-202 dövlət qeydiyyat nişanlı qaldırıcı "xxxx" MMC-nin mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1 və 45.2-ci maddələrinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Adıçəkilən Qanunun 45.3 və 45.6-cı maddələrinə uyğun olaraq, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən isə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, borcluya məxsus UNC 60 markalı, 10A-735 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin, AMMANN AV20-2 markalı, 10A-508 dövlət qeydiyyat nişanlı vərdənənin, Belarus MTZ-82 markalı, 10A-153 dövlət qeydiyyat nişanlı traktorun, 2-PTS 4T markalı, 10Q-602 dövlət qeydiyyat nişanlı traktor yedəyinin, DT 75 markalı, 10N-239 dövlət qeydiyyat nişanlı buldozerin və DEK 251 markalı, 10N-202 dövlət qeydiyyat nişanlı qaldırıcınının üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3677/2017 saylı, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 462/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 254/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-531/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-835/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan UNC 60 markalı, 10A-735 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin, AMMANN AV20-2 markalı, 10A-508 dövlət qeydiyyat nişanlı vərdənənin, Belarus MTZ-82 markalı, 10A-153 dövlət qeydiyyat nişanlı traktorun, 2-PTS 4T markalı, 10Q-602 dövlət qeydiyyat nişanlı traktor yedəyinin, DT 75 markalı, 10N-239 dövlət qeydiyyat nişanlı buldozerin və DEK 251 markalı, 10N-202 dövlət qeydiyyat nişanlı qaldırıcının üzərinə həbs qoyulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-532/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-532/2022
31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver