Məhkəmə qərarları › İş №8(005)-539/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-539/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-539/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Tələbkar Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2023-015 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbdən imtina etməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Tələbkar Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1046/2023-015 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbdən imtinası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə iddiaçı X1 xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq cavabdeh Tələbkar ödənilməlidir. Tələbkar aliment tələbindən imtina etdiyinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru məhkəməyə ərizə ilə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2023-015 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası barədə təqdimata baxılmadan Nərimanov Rayon İcra şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Təqdimata baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və təqdimata baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə ərizəni, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatın geri qaytarılması barədə ərizəsi təmin edilməli, onun Tələbkar Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2023-015 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbdən imtina etməsi barədə təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 13, 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar Nərimanov Rayon Məhkəməsinin 2(005)-1046/2023-015 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbdən imtina etməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən verilmiş təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar