Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-539/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1419/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-1966/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu "X3" MMC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Rafail Səfərov təqdimatla müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1419/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-1966/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu "X3" MMC-nin mülkiyyətində olan "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X3" MMC-dən 27045,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə, 200 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1419/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu "X3" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, ödənilməmiş əmək haqqı olaraq 5457 manat məbləğində pul borclu "X3" MMC-dən Tələbkar2 xeyrinə tutulmalı, əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla borclu "X3” MMC-dən alınaraq Tələbkar2 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cu ıl tarxdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1966/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu "X3" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək etmək məqsədilə "X3" MMC-nə məxsus "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə baxış keçirilmiş, həmin nəqliyyat vasitələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin "Siqnal" İLİİ-nin duracağının baş növbətçisinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 bildirmişdir ki, 2024-cü ilin əvvəllərində məhkəmə qətnaməsi qəbul olunmuşdur. Həmin tarixdən qətnamə icra olunmur. Özü borclunun işçisi olmuşdur. Qətnamənin icrası ilə bağlı icra şöbəsinə də müraciət etmişdir, lakin bir nəticəsi olmamışdır. Borclu icranı gecikdirir, ona ödənilməli olan məbləği ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu (nümayəndəsi), digər tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərk, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X3" MMC-dən 27045,12 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 xeyrinə, 200 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi həmin tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1419/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən, borclu "X3" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi həmin tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, ödənilməmiş əmək haqqı olaraq 5457 manat məbləğində pul borclu "X3" MMC-dən Tələbkar2 xeyrinə tutulmalı, əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla borclu "X3” MMC-dən alınaraq Tələbkar2 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi həmin tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1966/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən, borclu "X3" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmşdır. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi həmin tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Borclu "X3" MMC-nə ünvanlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-xü il tarixli aktından görünür ki, "X3" MMC-yə məxsus "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə baxış keçirilmiş, həmin nəqliyyat vasitələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin "Siqnal" İLİİ-nin 15 saylı duracağının baş növbətçisinin – X1 təhvil verilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən "X3" MMC-nin əmlak məlumatlarına dair edilmiş xx.xx.2024-cü il tarixli sorğu əsasında əldə edilmiş çıxarışlardan görünür ki, "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı ban tipli, ağ rəngli və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı meydança ban tipli, çəhrayı rəngli nəqliyyat vasitələri borclunun mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). İşin faktiki hallarından göründüyü kimi əmlakların üzərinə həbs qoyulması zərurəti məhz icra sənədləri üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqələri üzrə icra məmuru xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmiş, lakin tələb bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, tərəfə könüllü icra barədə bildirişlər göndərilməsinə baxmayaraq bu müddət ərzində icra sənədləri – məhkəmə aktları borclu tərəfindən icra edilmədiyindən bununla da, icra sənədlərinin icrası mümkün olmadığından, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu "X3" MMC-nin mülkiyyətində olan "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1419/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-1966/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu "X3" MMC-nin mülkiyyətində olan "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1419/2024 saylı, xx.xx.2024-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1411/2024 saylı, xx.xx.2024-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-1966/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu "X3" MMC-nin mülkiyyətində olan "İVECO TRAKKER" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı ban tipli, ağ rəngli və "LİDER DAMPER LD07" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı meydança ban tipli, çəhrayı rəngli nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-539/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-539/2024
16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver