Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-552/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Tələbkar2 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu Cəmaləddin oğluna məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(008)-8/2018 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu Cəmaləddin oğlunun mülkiyyətində olan Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2,4703 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı əmlakın borcluya aid olan hissəsində üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 735/2023-011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Tələbkar2 adından cavabdehlər X3 ilə X6 arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin mənzillə bağlı borclular X6 ilə Borclu Cəmaləddin oğlu arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Borclu ilə Tələbkar1 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Borclu Tələbkar1 xeyrinə 64000 manat pul tutulmalıdır. Tələbkar2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2,4703 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı əmlakın borcluya aid olan hissəsində üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2,4703 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı əmlakın borcluya aid olan hissəsində üzərinə həbs qoyulmuşdur. Belə ki, icra sənədi üzrə Tələbkar1 vəkili X5 xx.xx.2025-ci il tarixli məktubla şöbəyə müraciət edərək, Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2,4703 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı əmlakın borcluya aid olan hissəsində qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X1, qətnamə icra olunduğundan həbsin götürülməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və digər tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Salyan Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin yönəldiyi əmlakın borc əvəzi tələbkara verilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadına əsasən Borclu sahələri məxsus DƏDRX tərəfindən ********** və ********** qeydiyyat nömrəli torpağın 64000 (altmış dörd min manat) manat borc məbləğinin bir hissəsi olan 1860 manat müqabilində borc əvəzi Tələbkar1 verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Tələbkar1 həmin torpaq sahələrinin Borclu mülkiyyətindən Tələbkar1n adına sənədləşdirilməsi üçün Borclu məxsus Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2.4703 ha torpaq sahələrinin üzərində olan həbsin götürülməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin tam şəkildə icra edilməsi üçün tələbkarın xahişi əsasında əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Borclu Cəmaləddin oğlunun mülkiyyətində olan Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2,4703 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı əmlakın borcluya aid olan hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu Cəmaləddin oğluna məxsus Salyan rayonu, Çuxanlı kəndində yerləşən 1.42 ha və 2,4703 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alındığı əmlakın borcluya aid olan hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-552/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-552/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver