Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-553/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən verdiyi şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin “borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsirin 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsinin aidiyyət üzrə göndərilməsi təmin olunmasını və 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsinin icraatı ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin hərəkət və hərəkətsizliyi əsassız hesab edilərək “borclunun axtarılması haqqında" barəsində qəbul edilmiş 02 sentyabr 2022-ci il tarixli qərar ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırımışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin, 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinə göndərilib. İcra sənədinə görə “məişət zorakılığından” əziyyət çəkmiş X3 altı aylıq müddətli mühafizə orderinə əsasən orderin qüvvədə olduğu müddətdə müəyyən hərəkətlərin edilməsi X5 qadağan edilib. Həmin icra sənədinin icrası ilə əlaqədar icra şöbəsi tərəfindən barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilib. Aşağıda qeyd edilənlərə əsasən icra şöbəsinin icra sənədi ilə əlaqədar hərəkət və hərəkətsizliyi, barəsində qəbul etdikləri qərar əsassız hesab edir. Belə ki, əvvəla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8 və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Yuxarıda istinad olunan hüquq müəyyənliyinə görə icra sənədinin Nərimanov rayon İcra şöbəsinə göndərilməsi, icra şöbəsinin icra sənədinin icrası ilə əlaqədar hərəkətləri tamamilə qanunauyğun sayıla bilməz. Çünki borclunun istər qeydiyyatda olduğum, istərsə də faktiki olaraq yaşadığı ünvan Bakı şəhəri Nərimanov rayonuna aid deyil və yuxarıda göstərildiyi kimi ünvan 2 ünvanı uzun müddətdir ki dəyişməz qalıb. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayətə uyğun izahat verərək icra məmurunun qərarını qanunsuz hesab etdiyini bildirdi. Vəkil həmçinin artıq axtarış qərarının icrasının dayandırıldığını, icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev tərəfin qəbul olunmuş xx.xx.2022-ci il tarixli “borclunun axtarılması haqqında” qərarından müəyyən olunur ki, xx.xx.1983-cü il anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X2 barəsində axtarış elan edilməsi və onun saxlanılaraq Nərimanov Rayon İcra Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından müəyyən olunur ki, X4 axtarılması ilə bağlı zərurət aradan qalxdığı üçün axtarış işinin dayandırılması xahiş olunmuşdur. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin, 2(005)-3561/2022 saylı, 18 avqust 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinə göndərilib. İcra sənədinə görə “məişət zorakılığından” əziyyət çəkmiş X3 altı aylıq müddətli mühafizə orderinə əsasən orderin qüvvədə olduğu müddətdə müəyyən hərəkətlərin edilməsi X5 qadağan edilib. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin dərhal icra edilməsi üçün X1 qeydiyyatda olduğu ünvan 5 ünvanına bildiriş göndərilmişdir. Daha sonra həmin icra sənədinin icrası ilə əlaqədar icra şöbəsi tərəfindən barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilib. Daha sonra borclunun axtarılması ilə bağlı zərurət aradan qalxdığı üçün axtarış işinin dayandırılması ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilmişdir. Beləliklə, məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üçhalda işin icraatına xitam verilə bilər-iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, X2 barəsində icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş axtarış qərarı dayandırılmışdır. Nəticə etibarilə icra məmurunun qərarı borclunun hər hansı hüququnu məhdudlaşdırmır. Buna görə də işə məhkəmə icraatı qaydasında baxılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun qərarından verdiyi şikayətlə bağlı məhkəmə qətnaməsinin icrasına dair işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-553/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-553/2022
28.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver