Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-555/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 8(005)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz ML350" markalı, **-FS-*** və “AUDİ A6” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 8(005)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz ML350" markalı, **-FS-*** və “AUDİ A6” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən maddi zərərin əvəzi kimi 4976 manat pul alınaraq Tələbkar xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri Borclu 100 manat məbləğində pul vəsaiti alınıb Məhkəmə Ekspertizası Mərkəzi hesabınaödənilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Bakı şəhər Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Mercedes Benz ML 350 minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı və AUDİ A6 minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən edilərək, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(008)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2023 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu tərəfindən borc məbləği tam ödənilmişdir. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlakının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz ML350" markalı, **-FS-*** və “AUDİ A6” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-555/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-555/2024
31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver