Məhkəmə qərarları › İş №8(005)-558/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-558/2022

28.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-558/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Borclu və Maraqlı şəxs iştirakları ilə, Borclu həyat yoldaşı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-mən 132 mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimata və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov Borclu həyat yoldaşı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-, mən 132 mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2000 Avro və 40000 manat məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu həyat yoldaşı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev -mən 132 mənzilin olması müəyyən edimişdir. Əlavə olaraq bildirirəm ki, Borclu həyat yoldaşı X3 xx.xx.1990-cı il tarixdən hal - hazırki tarixə kimi birgə nikahdadırlar. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar əvvəlki tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmir. İcra məmuru xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək təqdimatda üzərinə həbs qoyulması xahiş olunan əmlakın borclu ilə onun arvadının birgə nikahda olduqları dövrdə əldə olunduğunu və onlarına adına başqa mənzilin olduğu bildirmiş, təqdimatda qeyd olunan mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru hazırki iclasda iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Borclu və Maraqlı şəxs ayrı-ayrılıqda izahat verərək, təqdimatın təmin edilməməsini xahiş etdilər. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri, borclu və maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sübutları və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a, 43 saylı mənzil Maraqlı şəxs xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsus olmuşdur və bu barədə xx.xx.2012-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Maraqlı şəxs və X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, “Hədiyyə verən” Maraqlı şəxs Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a, 43 saylı mənzili “Hədiyyə alan” X5 bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a, 43 saylı mənzil X5 xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsusdur və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə 1987, ev -, 132 saylı mənzil (yeni qaydalarla AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 190, M16, m5) Maraqlı şəxs xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsusdur və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 53 və 54 nömrəli arayışlardan müəyyən olunur ki, Borclu və Maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inşa etdiyi ünvan 1 ünvanında yerləşən “Montin” yaşayış kompleksində bina 45c, blok 2, mənzil 132 ünvanında qeydiyyatda olaraq yaşayırlar. Mülki iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov Borclu həyat yoldaşı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-, mən 132 mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, məhəllə 1987, ev -, 132 saylı mənzil (yeni qaydalarla AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 190, M16, m5) Maraqlı şəxs xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsusdur. Digər yaşayış evi olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a, 43 saylı mənzil Maraqlı şəxs xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsus olmuş olsa da, sonradan həmin mənzili X5 bağışlamışdır və mənzil hazırda X4 mülkiyyətindədir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarından müəyyən olunur ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Həmin Qərarın qeyd hissəsinə əsasən, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra məmuru borclunun icra vərəqi üzrə öhdəliklərini yerinə yetirmədikdə gələcəkdə tələbin həmin əmlaka yönəldilməsi məqsədi ilə Borclu həyat yoldaşı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-mən 132 mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Lakin borclu və maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən həmin mənzilin onların mülkiyyətində olan yeganə mənzil olduğu və həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqları müəyyən olunur. Belə olan halda məhkəmə həmin mənzilin üzərinə həbs qoyulması üçün əsasların olmadığı qənaətinə gəlir. Belə ki icra məmuru tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göründüyü kimi şəxsin yeganə yşayış yeri olan mənzilin üzərinə həbs qoyulduğu halda əmlakdan istifadə hüququ məhdudlaşdırılacaqdır ki, bu zaman onun təbii hüquq və azadlıqları kobud şəkildə pozulacaqdır. Məhz bu səbəbdən də Nazirlər Kabinetinin qeyd edilən Qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısında borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilin üzərinə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, icra məmurunun təqdimatla üzərinə həbs qoyulmasını xahiş etdiyi mənzil borclunun mülkiyyətində olan yeganə mənzil olduğundan həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimat təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun Borclu həyat yoldaşı X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, məhəllə 1987, ev-, mən 132 mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar