Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-559/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Əlizadə məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlakına yönəldilməsi üçün “Dodge Durango” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə cəmi 31267.08 manat pul tutulmalıdır. Tutma ipoteka predmeti olan “Dodge Durango” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomaşının ilkin hərrac satış qiyməti 42500 manat olmaqla, açıq hərracdan satılması yolu ilə borc ödənilməlidir. Avtomaşının satışından əldə edilmiş məbləğ iddiaçının tələbini ödəmədikdə, qalan məbləğ cavabdehlər Borclu və X1 müştərək qaydada tutulmalıdır. Avtomaşının satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olduqda, həmin məbləğ cavabdeh Borclu qaytarılmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixində daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən icra üsulu dəyişdirilmişdir. Borclu və X2 müştərək qaydada cəmi 31267,08 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, hadisə anında şok vəziyyətində olmuşdur, maşın hadisə yerində qalmışdır. Sonra öyrənmişdir ki, maşını bank aparıb, vermir. Maşın hazırda onda deyil. Təqdimatın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada icra məmuru və tələbkar xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişdirlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə cəmi 31267.08 manat pul tutulması və tutmanın ipoteka predmeti olan “Dodge Durango” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomaşının ilkin hərrac satış qiymətinin 42500 manat olmaqla, açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi qət edilmişdir; - xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsi, icra sənədinin ümumi qaydada icra olunması, Borclu və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə 31267,08 manat pul tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “Dodge Durango” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “Dodge Durango” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-303/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Dodge Durango” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-559/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-559/2024
23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver