Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-561/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Qurbanova Səkinə Nadir qızının katibliyi, Borclu iştirakı ilə,, Göyçay rayon Məhkəməsinin 2(046)-267/2020 saylı, 28.01,2020-cı ıl tarixli, Göyçay rayon Məhkəməsinin 2(046)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli və Binəqədi rayon Məhkəməsinin 1 (001)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu Masallı rayon İcra və Probasiya şöbəsinin icraatında olan 49516/2022 saylı icra sənədi üzrə pul tələbi olan cəmi 9560 manat borc pul məbləğinin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7 rayon Məhkəməsinin 2(046)- 267/2020 saylı, 28.01,2020-cı ıl tarixli, Göyçay rayon Məhkəməsinin 2(046)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli və Binəqədi rayon Məhkəməsinin 1 (001)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu Masallı rayon İcra və Probasiya şöbəsinin icraatında olan 49516/2022 saylı icra sənədi üzrə pul tələbi olan cəmi 9560 manat borc pul məbləğinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Göyçay rayon Məhkəməsinin 2(046)-267/2020 saylı, 28.01,2020-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 520 manat məbləğində pul X3 xeyirinə tutulmalıdır. Göyçay rayon Məhkəməsinin 2(046)-578/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 2530 manat məbləğində pul X1 xeyirinə tutulmalıdır. Binəqədi rayon Məhkəməsinin 1(001)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 5730 manat məbləğində X2 xeyirinə tutulmalıdır. İcra sənədləri şöbənin icraatına 01,02.2022-ci il və xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş, lakin bu vaxta kimi borclu tərəfindən tələbin icrası təmin olunmamışdır. Elektron İcra informasiya Sisteminə verilən sorğudan məlum olmuşdur ki, Borclu Masallı rayon icra və Probasiya şöbəsinin icraatında olan 49516/2022 saylı icra sənədinə əsasən 9560 manat məbləğində borc pul tələbi üzrə tələbkardır. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, təqdimatda üzərinə həbs qoyulması xahiş olunan pul məbləği qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlıdır. Həmin qətnaməyə əsasən 9560 manat məbləğində pul Borclu xeyrinə tutulmalıdır. Həmin qətnaməsə əsasən verilmiş icra sənədi hazırda icra məmurunun icraatındadır. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından və borclunun izahatından görünür ki, təqdimatda üzərinə həbs qoyulması xahiş olunun pul məbləği hazırda borclunun mülkiyyətində deyil. İcra məmuru təqdimatında gələcəkdə borcluya verilməsi gözlənilən pul məbləğinin üzərinə həbs qoyulmasını xahiş edir. Məhkəmə bu əsaslandırmanı qanuni hesab etmir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Göründüyü kimi qanunvericiliklə borclunun pul vəsaitlərinin üzərinə həbs qoyulması halları və qaydası göstərilmişdir. Qanunvericiliyin mənasından aydın olur ki, həbs borclunun mülkiyyətində və onun sahibliyində olan pul vəsaitlərinin üzərinə həbs qoyula bilər. Hazırki iş üzrə təqdimatla üzərinə həbs qoyulması xahiş edilən pul məbləği hissə borclunun mülkiyyətində deyil, gələcəkdə onun mülkiyyətinə verilməsi ehtimal olunur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik müddəalarından icra məmurunun təqdimatı əsasında həbsin məhz bərclunun əmlakı üzərinə qoyulmalı olduğu aydın olur. Halbuki hazırda pul məbləğində ifadə olunan əmlak borclunun mülkiyyətində deyil. Bu hal məhkəməyə təqdim olunan icra məmurunun təqdimatında da təsdiq olunur. Məhkəmə hesab edir ki, icra məmurunun təqdimatla üzərinə həbs qoymaq istədiyi əmlak borclunun mülkiyyətində olmadığından həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimat təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyevin hazırda Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatınbda olan, Borclu xeyrinə tutulmalı olan 9560 manat pul məbləğinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-561/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-561/2022
03.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver