Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-569/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1431/2022 nömrəli, 01,04.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan, “Mercedes 240 minik” markalı. **-FL-*** dövlət qeydiyyat nişanl avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Rəfail Səfərov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan, “Mercedes 240 minik” markalı. **-FL-*** dövlət qeydiyyat nişanl avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu mülkiyyətində olan “Mercedes 240 minik” markalı. **-FL-*** dövlət qeydiyyat nişanl avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes 240 minik” markalı. **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1431/2022 nömrəli, 01,04.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3026.82 manat məbləğində pul vəsaiti və 50,27 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbu edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005) 376/2022 saylı, xx.xx.2022-cı ıl tarixli qərardadı ilə Borclu mülkiyyətində olan "Mercedes 240 minik" markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan "Mercedes 240 minik" markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclunun, tələbkarın və icra şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1431/2022 nömrəli, 01,04.2022ci il tarixli icra sənədinə əsasən Borclu 3026.82 manat məbləğində pul vəsaiti və 50,27 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Borclu mülkiyyətində olan "Mercedes 240 minik" markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur.. - Tələbkar "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, icra sənədi üzrə borc tam ödənilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1431/2022 nömrəli, 01,04.2022ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məcburi icra tədbiri olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes 240 minik” markalı. **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes 240 minik” markalı. **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-569/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-569/2022
07.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver