Məhkəmə qərarları › İş №8(005)-57/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-57/2023

06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-57/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu oğluna məxsus, «BMW 528İ” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı və «TOFAŞ ŞAHİN» minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu oğluna məxsus, “BMW 528l” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı və “TOFAŞ ŞAHİN” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu oğlundan 2286.81 manat məbləğində pul vəsaiti və 43,27 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu oğlunun mülkiyyəyində “BMW 528l” minik markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı və “TOFAŞ ŞAHİN” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bu səbəbdən icra məmuru Borclu oğluna məxsus mülkiyyəyində “BMW 528l” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı və “TOFAŞ ŞAHİN” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov xx.xx.2023-cü il tarixdə dəftərxana vasitəsilə ərizə təqdim edərək Borclu oğlu tərəfindən icra sənədi üzrə borc tam olaraq ödənildiyindən borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu oğluna məxsus, “BMW 528l” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı və “TOFAŞ ŞAHİN” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimat baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu oğluna məxsus, “BMW 528l” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı və “TOFAŞ ŞAHİN” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar