Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-57/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu Binəqədi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu Binəqədi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırov təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə Borclu mərhum anası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilini faktiki qəbul etməsi faktı müəyyən olunmalı, Borclu 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar və icra sənədinin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını könüllü qaydada təmin etməmişdir. Borclu məcburi qaydada gətirilməsi barədə Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək ona göndorilse de, lakin borclu həmin qərara əsasən gəlməmişdir. Göründüyü kimi, Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icradan qəsdən yayınmış, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, Binəqədi rayon Məhkəməsi Borclu iştirakı olmadan və lazımınca xəbərdarlıq edilmədən məhkəmə prosesi keçirilmiş və xx.xx.2022-ci il tarixli, e-2(001)- 4390/2022 saylı məhkəmə qətnaməsi çıxarılmışdır və hal-hazırda icra məmuru Şakir Bahadurovun icraatındadır. İcra məmuru Şakir Bahadurovun Borclu qarşı qanunsuz və qərəzli əməlləri barədə, yəni “İcra haqqında”, “İcra məmuru haqqında” qanun müddəalarına zidd olan əməllərinə aşağıdakıları göstərə bilər: 1. “İcra haqqında” qanunun 8.2-ci maddəsinə əsasən icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Lakin icra məmuru qanun tələblərini pozaraq vaxtında hec bir xəbərdarlıq göndərməmiş, yalnız borclunu xx.xx.2023-cü il tarixdə məcburi polis vasitəsilə gətirildikdən sonra ona xəbərdarlıq etmiş və on gün müddətini gözləmədən, təzyiq göstərərk həmin anda da izahat almış və onu qanunsuz və əsassız çıxarılmış məhkəmə qətnaməsini icra edəcəyini yazdırmişdir. Məhz Borclu icra şöbəsinə gətirildiyi andan sonra bilmişdir ki, onun barəsində (onu iştirakı olmadan və lazımınca xəbərdarlıq edilmədən məhkəmə prosesi keçirilmişdir) məhkəmə qətnaməsi mövcuddur; Borclu məhkəmə qətnaməsi rəsmi olaraq çatmadığı üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və qətnamənin ona rəsmi qaydada təqdim edilməsini (ərizə formasında) xahiş etmişdir. İcra məmurunun bu barədə kifayət qədər məlumatı olmasına baxmayaraq, yenədə qanunun rəhbər tutması adılə (əslində tələbkarın təsiri altında) borclunu məhkəmənin qanunsuz və əsassız qətnaməsini icra etməyə vadar etmiş və sonuncu dəfə icra məmuru mənim iştirakımla onu məhkəməyə aparmaqla hədə-qorxu gəldikdə, mən icraçıya etiraz etdim və ona bildirdim ki, ay icra məmuru sən heç izahat almadan necə aparırsan bu borclunu, yalnız bundan sonra icra məmuru borcludan izahat almışdır və borcluda öz izahatında bir daha göstərmişdir ki, məhkəmə qətnaməsi onun kostitusion hüquq və qanuni mənafelərini pozduğu üçün apellyasiya şikayəti verəcəkdir; Borclu məhkəmədən qətnamənin surətini aldıqdan sonra apellyasiya şikayəti vermiş və bunu təsdiq edən elektiron məhkəmə sistemindən cıxarışı icra məmuruna təqdim edilmişdir; İcra məmuru Şakir Bahadurov Borclu apelyasiya şikayəti verməyini və bu barədə sənədi ona göstərməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul etmişdir. İcra məmurunun qərarı poct vasitəsilə Borclu ünvanına göndərilkdikdən sonra, xəstəxanada olan Borclu xx.xx.2023-cü il bu barədə məlumat bildikdə icra məmurunun hərəkətləri barədə xx.xx.2023-cü il tarixdə “ İcra haqqında” qanunun 87.1- maddəsini rəhbər tutaraq Bakı İnzabati Məhkəməsinə müraciət etmişdir. Binəqədi İcra şöbəsinin rəisinə xx.xx.2023 cü il tarixdə rəsmi qayda da ərizə formasında müraciət edilmiş, icra məmuru Şakir Bahadurov qanunsuz əməlləri barədə əvvəlcədən məlumat verməyinə baxmayaraq və “İcra haqqında” qanunun 10 və 24 –cü maddələrini rəhbər tutaraq icra sənədlərini Nərimanov rayon İcra Şöbəsinə göndərilməsini təmin etməyi xahiş olunmuşdur. Lakin bu vaxta qədər heç bir tədbir görülməmiş və bu barədə bizə rəsmi məlumat verilməmişdir (“ Vətəndaşların müraciətləri haqqinda” qanun). Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı 11 oktyabr 2022-ci il tarixli icra sənədinin Binəqədi rayon İcra şöbəsinə göndərilməsi özü bir səhv addımdır. Belə ki qanuna əsasən icra sənədi Borclu yaşadığı yer üzrə icra şöbəsinə göndərilməlidir. Binəqədi rayon İcra şöbəsinə icra sənədlərinin borclunun yaşadığı yer üzrə göndərilməsi barədə ərizə ilə müraciət etməyinə baxmayaraq, Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırov qərəzli (marağı olmaqla) olaraq icra sənədlərini Nərimanov rayon İcra şöbəsinə göndərmir. İcra məmuru nəinki, qanunun müddəalarını pozmaqda davam edir, hətta “borclunun məcburi gətirilməsi barədə” təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 8(001)-960/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qanunsuz və əsasız olan qərardadını çıxartmağa nail olmuşdur. Binəqədi rayon Məhkəməsinin 8(001)-960/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli qanunsuz və əsasız olan qərardadından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 –cü il tarixli, 8(103)-468/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləgv edilmiş və Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırovun təqdimatı təmin edilməmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırovun təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət etməsi qanuna (“İcra haqqında” qanunun 10 –cu maddəsinə əsasən İcra hərəkətlərinin həyata keçirildiyi yer Nərimanov rayon İcra şöbəsi olmalıdır) ziddir və bu baxımdan icra məmuru Şakir Bahadırovun təqdimatına Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, iş materiallarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu mərhum anası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən 37a saylı evin 16 saylı mənzilini faktiki qəbul etməsi faktı müəyyən olunmalı, Borclu 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcludan borcunu könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında qərar qəbul edilmişdir. - “Elektron məhkəmə” və “Elektron icra” sistemindən çıxarışlardan görünür ki, Borclu xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu ilk olaraq məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb təmin edilmədiyindən, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1961-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1961-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-57/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-57/2024
28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver