Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-570/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Borclu nümayəndəsi X2 və borclunun vəkili X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Əlizadənin Borclu mülkiyyətində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasın dair təqdimata və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-733/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1145/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində yaxşılaşdırma işlərinə xərclənmiş pul vəsaitinin əvəzi olaraq 102775 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. İş üzrə keçirilmiş təkrar məhkəmə ekspertizasının dəyəri olaraq Borclu 300 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına (H/h AZ34AZEG********************, VÖEN 130608661, "xxxx" ASC, Kod 505817, VÖEN 990019651, Müxbir hesab AZ75NABZ********************, S.W.İ.F.T. AZEGAZ22) ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödəniməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluya poçt vasitəsi ilə göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Tələb olunan vəsaitin ödənilməsi məqsədi ilə Borclu mülkiyyətində Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclas zalında Borclu nümayəndəsi X4 və borclunun vəkili X3 ayrı-ayrılıqda izahat verərək təqdimatın təmin edilməməsini xahiş etdilər. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(103)-1145/2021 saylı icra vərəqindən məlum olur ki, məhkəmə qətnaməsi 102775 manat pulun Borclu tərəfindən qaytarılması ilə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsindən Tələbkar çıxarılması və torpaq sahəsinin boşaldılaraq Borclu təhvil verilməsi eyni vaxtda icra edilməlidir. Halbuki, icra məmuru məhz sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. «İcra haqqında » Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra məmuru borclunun icra vərəqi üzrə öhdəliklərini yerinə yetirmədikdə gələcəkdə tələbin həmin əmlaka yönəldilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, icra vərəqi üzrə hər iki tərəf digərinə münasibətdə borcludur və onların öz öhdəliklərinin icrası həmin öhdəliklərin icra anının eyni olması ilə təmin edilmişdir. Əmlakın üzərinə həbs qoyulması icra vərəqinin icrasını təmin etmək məqsədi daşır. Hazırki halda isə həbs qoyulması nəinki məhkəmə qətnaməsinin icrasını təmin etməyəcək, əksinə həmin qətnamənin icrasına süni maneələr yaradacaqdır. Belə ki, qətnaməyə görə üzərinə həbs qoyulmalı torpaq sahəsi boşaldılmalıdır. Yəni borclu tərəfindən həmin torpaq sahəsi ilə bağlı hərəkətlər edilməlidir. Aydındır ki, həmin torpaq sahəsinin üzərinə həbs qoyulduğu halda isə, torpağı tərk etməli olan borclunun həmin torpaq sahəsini boşaltmasına maneələr yaranacaqdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, icra məmuru tərəfindən məhkəməyə verilmiş təqdimatın əsaslandırıcı hissəsindən və eləcə də işin materiallarından görünür ki, icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(103)-1145/2021 saylı icra vərəqi üzrə icraata başlanılmışdəır və icra hərəkətləri aparılır. Lakin təqdimatın “xahiş edirəm” hissəsində borclunun əmlakı üzərinə həbs qoyulmasına əsas kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-733/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi göstərilmişdir. Bu hal təqdimatda qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Belə ki, “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, aşağı instansiya məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat əsassızdır, əmlakın üzərinə həbs qoyulmasının qanunvericiliklə müəyyən olunmuş məqsədlərinə xidmət etmir, bu səbəbdən də təmin edilə bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-733/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-570/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-570/2022
05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver