Məhkəmə qərarları › İş №8(005)-574/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-574/2022

12.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-574/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, X5 nümayəndəsi və vəkili Vəkil, icra məmuru Zaur Əlizadənin iştirakı ilə, Bakı Şəhər Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadənin xx.xx.2022-ci il tarixli qərarından borclu X16 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə şikayət ilə müraciət edərək, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi və aliment borcu üzrə müəyyən edilmiş borcun tam olaraq ödənilməsinə qədər borclu X14 Azərbaycan Dövlət Dəbən Tərbiyəsi və İdman Akademiyasından və Azərbaycan Futbol Federasiyası Assosiasiyasından aldığı əmək haqqı və digər ödənişlər daxil olmaqla 70%-nin tutulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon icra şöbəsinin icra məmuru Zaur Əlizadə tərəfindən 14 sentyabr 2022-ci il tarixdə icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4365/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılması qərara alınmışdır. Qeyd olunan qərar 16 sentyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, Nərimanov rayon icra söbəsinin icra məmuru tərəfindən qəbul edilən qərar qanunsuz və əsassızdır. İcra işinin başlanmasına səbəb Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4365/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi olmuşdur. Həmin icra sənədinə əsasən, "xxxx" MTK ilə X16 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin “Konstra’' M TK tərəfindən X3 və istifadəsinə verilməsi qət edilmişdir. Qeyd olunan icra işi üzrə icra məmuru tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə şərh verilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4365/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin ərizəsi təmin edilmiş. Qərardadın nəticə hissəsində ikinci abzasa aşağıdakı qaydada izah verilmişdir: “ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzil "xxxx" Mənzil-Tikinti Kooperativinin iştirakı olmadan iddiaçı X12 təhvil verilsin.” İcra mərhələsində “Orxan-TİT’ MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə müraciət daxil olmuş, həmin müraciətdə qeyd edilmişdir ki, "xxxx" MTK ilə X16 arasında bağlanmış müqavilə üzrə "xxxx" MMC heç bir vəzifə daşımır, öhdəlik götürməyib, ümumiyyətlə həmin müqaviləyə onun heç bir aidiyyəti yoxdur. Müqavilədə nəzərdə tutulmuş mənzil heç zaman "xxxx" MTK-nın sərəncamında olmayıb. Bu müqavilə və "xxxx" MTK-nın vəzifəli şəxslərinin səlahiyyətlərini aşaraq bağladıqları başqa müqavilələr ilə əlaqədar olaraq AR Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin apardığı ibtidai istintaq ötən il başa çatıb və hazırda həmin MTK-nın üç vəzifəli şəxsinin AR CM-nin 178.4, 308.1 və 308.2-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Tərlan Babayev iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Həmçinin, "xxxx" MMC tərəfindən Nərimanov icra şöbəsinə müvafiq sənədlər təqdim edilmişdir. Nərimanov rayon icra şöbəsinin icra məmuru həmin sənədlərə əsaslanıb qanunsuz qərar qəbul etmişdir. X16 hər hansı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi barəsində hər hansı məlumatı yoxdur. Bundan başqa, icra mərhələsində “Orxan-TİT’ MMC nümayəndələri bildirirdilər ki, mübahisəli mənzil onların sərəncamındadır, lakin həmin mənzilin onlara məxsus olmasına dair hər hansı sənəd təqdim etməmişlər. Bundan başqa, "xxxx" MMC öz müraciətində qeyd etmişdir ki, mübahisəli mənzil "xxxx" MTK-nın sərəncamında olmayıb, lakin icra şöbəsinə təqdim edilmiş yeni müqavilələrdə satan tərəf olaraq "xxxx" MTK çıxış edir. Əgər mübahisəli mənzil "xxxx" MTK-nın sərəncamında deyilsə, o zaman yeni müqavilələr hansı əsaslarla bağlanılır və "xxxx" tərəfindən həmin müqavilə qəbul edilir. Bundan başqa, təqdim edilmiş müqavilədə C11-1 saylı mənzilin X9 verilməsi nəzərdə tutulub, lakin icra vərəqəsində C01 saylı mənzilin X12 təhvil verilməsi qət edilmişdir. Bundan başqa, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün hər hansı hərəkətlər edilməmiş, icra məmuru icra sənədinin icra edilməsində süni maneələr yaradan "xxxx" MMC-nin əsassız sənədlərini qəbul etmiş və həmin hüquqi şəxs barəsində hər hansı tədbir görməmişdir. Məhkəmə iclasında X5 nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra məmuru Zaur Əlizadə şikayəti əsassız hesab etdiyini bildirərək, təmin edilməməsini xahiş etdi. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və ona əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon İcra şöbəsinin məmuru Zaur Əlizadənin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ora sənədinə "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən X2 və istifadəsinə təhvil verilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı icra hərəkətləri həyata keçirilən zaman ünvan 2 ünvanında borclu "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərmədiyi aşkar edilmişdir. İcra sənədi üzrə icra hərəkətləri zamanı ünvan 2 ünvanında yerləşən yaşayış binasının halhazırda "xxxx" MMC tərəfindən idarə olunduğu və "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən ofisdə olarkən yaşayış binasının satışının onlar tərəfindən təşkil edildiyi aşkar edilmişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən müvafiq sənədlər şöbəyə təqdim edilmişdir. İcra sənədinin icra olunması məqsədi ilə ünvan 1 ünvanında yerləşən mənzilin X10 əməli istifadəsinə verilməsinə köməklik göstərilməsi ilə bağlı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə daxil olmuş cavab məktubuna əsasən bildirilmişdir ki, "xxxx" MTK ilə X16 arasında bağlanmış müqavilə üzrə "xxxx" MMC heç bir vəzifə daşımır, öhdəlik götürməyib, ümumiyyətlə həmin müqaviləyə onun heç bir aidiyyəti yoxdur, müqavilədə nəzərdə tutulmuş mənzil heç zaman "xxxx" MTK-nin sərəncamında olmayıb, "xxxx" MTK-nın vəzifəli şəxslərinin səlahiyyətlərini aşaraq, bağladıqları başqa müqavilələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin apardığı ibtidai istintaq ötən il başa çatıb və hazırda həmin MTK-nın üç vəzifəli şəxsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.1 və 308.2-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müəyyən edilmişdir. Bundan əlavə icra sənədinin icrası ilə bağlı ünvan 2 ünvanına icra məmuru tərəfindən baxış keçirilmiş, məlum mənzili təhvil verərkən özünü X7 nümayəndəsi və həyat yoldaşı kimi təqdim edən Hikmət Hacıyev yaxınlaşaraq mübahisəli mənzilin həmçinin müqavilə əsasında ona təhvil verildiyi müəyyən edilmiş və buna dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin mübahisəli ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən X9 təhvil verildiyi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin istintaq idarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən "xxxx" MTK-nın sabiq direktoru X15 və qeyriləri barəsində Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi üzrə istintaq aparılması müəyyən edilmiş və istintaq mərhələsində müvafiq qaydada ödəniş etməklə mənzil almış 19 ədəd mənzilə dair məlumatlar "xxxx" MMC-yə göndərilməklə, siyahıda qeyd olunan vicdanlı alıcıların adlarına rəsmiləşdirilməsi müəyyən edilmiş və bu prosesin məhkəmə qərarından öncə aparıldığı aşkar edilmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 70.4-cü maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Cəmiyyət məktubunda bildirir ki, "xxxx" MTK ilə X16 arasında bağlanmış müqavilə üzrə "xxxx" MMC heç bir vəzifə daşımır, öhdəlik götürməyib, ümumiyyətlə həmin müqaviləyə onun heç bir aidiyyəti yoxdur, müqavilədə nəzərdə tutulmuş mənzil heç zaman "xxxx" MTK-nin sərəncamında olmayıb, "xxxx" MTK-nın vəzifəli şəxslərinin səlahiyyətlərini aşaraq, bağladıqları başqa müqavilələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin apardığı ibtidai istintaq ötən il başa çatıb və hazırda həmin MTK-nın üç vəzifəli şəxsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.1 və 308.2-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, C-019/11 saylı müqavilədən müəyyən olunur ki, "xxxx" MTK ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C11-1 saylı mənzili X8 mülkiyyətinə verməyi, X13 isə mənzilin dəyəri olaraq 92697 manat pul məbləğini "xxxx" MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X13 ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C11-1 saylı mənzilin dəyərini tam ödəmişdir. Onun xx.xx.2021-ci il tarixli, C-019/11 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya heç bir borcu yoxdur. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki; İddiaçı X16 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən X2 və istifadəsinə təhvil verilməsi qət edilmişdir; Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icaya yönəldilmiş, icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə qəbul edilmiş qiyabi qətnamədə iddiaçı X10 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməli olduğu qeyd edilmişdir. Belə olan halda icra sənədi üzrə müqavilə öhdəliklərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyatı olub-olmaması barədə izah verilməsi xahiş edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qətnaməsinə “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4365/2021 nömrəli icra sənədi üzrə müqavilə öhdəlikləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmamışdır.” Məzmununda izah verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, icraatda olan müvafiq icra işi üzrə Nərimanov rayon məhkəməsinin 2(005)- 4365/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Mənzil Tikinti Kooperativi ilə X16 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən X2 və istifadəsinə təhvil verilməlidir. İcra sənədi şöbənin icraatına 14.01 2022-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərmədiyi müəyyən edilmiş, rəhbərini tapmaq mümkün olmamış, və icraatda olan digər işləri ilə də bağlı borclu "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri barəsində axtarış qərarı qəbul edilmiş və icra edilməsi üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Mübahisəli mənzilin borclu "xxxx" Mənzil Tikinti Kooperativinin iştirakı olmadan X6na təhvil verilib-verilməməsi ilə bağlı izah verilməsinə zərurət yaranmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4365/2021 nömrəli qərardadı ilə qətnamənin nəticə hissəsində ikinci abzasa “ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzil "xxxx" Mənzil-Tikinti Kooperativinin iştirakı olmadan iddiaçı X12 təhvil verilsin.” məzmunda izah verilmişdir. Göründüyü kimi, icra məmuru icra sənədinin icrasını təmin etmək üçün tədbirlər görmüş, lakin icranı təmin etmək mümkün olmamışdır. Belə ki, məhkəmə qətnaməsində mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi "xxxx" MTK-ya həvalə edilmişdir. İcra məmuru tərəfindən icra hərəkətləri aparılan zaman "xxxx" MTK-nin rəhbərliyini tapmaq mümkün olmamış, həmin MTK-nin ünvanında isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bundan sonra icra məmuru qətnamənin izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzili təhvil vermək öhdəliyi daşıb-daşımadığını aydınlaşdırmağı xahiş etmişdir. Məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə cavabdeh olmadığını nəzərə alaraq onun qətnamə üzrə heç bir öhdəlik daşımadığı barədə izah vermişdir. Bundan sonra icra məmuru "xxxx" MTK-nın iştirakı olmadan mənzili tələbkara təqdim etməyin mümkün olub-olmaması barədə qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin MTK olmadan mənzilin tələbkara təhvil verilməsi barədə qətnaməyə izah vermişdir. Lakin icra məmuru tərəfindən mənzilə baxış keçirilən zaman həmin mənzildə X8 yaşadığını və onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənzili aldığını, Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinə əsasən mənzilin X1 verildiyi müəyyən olunmuşdur. Beləliklə, həmin mənzili müqavilə əsasında satmaq səlahiyyəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzili X4, məhkəmənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin mənzili tələbkara vermək öhdəliyinin olmamasını və Ağır Cinayətlər Məhkəməsinin mənzili X1 verilməsi barədə müraciətini nəzərə alaraq icra sənədi icrasız geri qaytarılmışdır. “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qeyd olunanlara məhkəmə hesab edir ki, icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarı qanuni və əsaslıdır. Buna görə də həmin qərarın ləğv edilməsi barədə tələbkarın şikayəti təmin edilməməlidir. Eyni zamanda tələbkar icra sənədinin geri qaytarılmasına əsas olan hallar aradan qalxdıqdan sonra sənədin yenidən icraya yönədilməsi üçün müraciət edə bilər. “İcra haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar