Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-58/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “borclunun əmlakı üzərinə qoyulmuş həbsin ləğv edilməsinə” dair təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-214/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu məxsus “HYUNDAİ MATRİX” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-10475/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 522.45 manat məbləğində pul vəsaiti və 20 manat dovlət rüsumu tutularaq tələbkar "xxxx' KB QSC nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata 12 12.2016-cı il tarixdə daxil olmuş və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-10475/2016 saylı, xx.xx.2016-cı ıl tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Hyundai Matrix” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)-214/2019 saylı, xx.xx.2019-cu ii tarixli qərardadı ilə həbs qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-10475/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi Borclu tərəfindən tam təmin olunmuşdur. “xxxx” KB QSC Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə məktubla müraciət etmiş, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02 2019-cu il tarixli, 551 saylı fərmanına əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-10475/2016 saylı, 28.11 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(005) 214/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Hyundaı Matrix” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-10475/2016 nömrəli, xx.xx.2016-cı il tarixli əmrindən görünür ki, borclu, xx.xx.1967-cı ıl tarixdə Azərbaycan Respublikası, Qubadlı rayonu, Çaytuma kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Borclu kreditor X1 “xxxx” Kommersiya Bankının xeyrinə 370,11 (üç yüz yetmiş manat on bir qəpi manat məbləğində əsas borcu, 152,34 (yüz əlli iki manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 522,45 (beş yüz iyirmi iki manat qırx beş qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu pul məbləği tutulmalıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-214/2019 nömrəli xx.xx.2019cu il tarixli qərardadından görünür ki, Borclu məxsus “HYUNDAİ MATRİX” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; “xxxx” KB QSC-nin xx xxxxxxx 2020-ci il tarixli borc öhdəliyinin olub-olmaması barədə məktubundan görünür ki, ləğv prosesində olan QSC “xxxx” KB ilə Borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/108667/14 saylı kredit müqaviləsinə əsasən 952 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə müqavilə üzrə öhdəlik yerinə yetirilmiş və Borclu sözügedən kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43, 44, 45 və 50-ci maddələrinin tələblərinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. İş materiallarından da göründüyü kimi Borclu tərəfindən icra sənədi üzrə borc məbləği tam ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Borclu məxsus “HYUNDAİ MATRİX” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “HYUNDAİ MATRİX” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №8(005)-58/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-58/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver