Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-580/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zamiq Kazımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zamiq Kazımov təqdimatla müraciət edərək icra sənədi üzrə X5 adına rəsmiləşdirilmiş, Borclu MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışından əldə olunmuş, artıq qalan və Nərimanov rayon icra şöbənin depozit hesabında saxlanılan 241382,70 manat vəsaitdən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməli olan 85634,8 manat həcmində olan hissəsi üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 85634,8 manat Tələbkar xeyrinə ödənilməlidir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1356/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu MTK-ya məxsus, lakin X7 rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyriyaşayış sahəsi satılandan və Bakı şəhəri Norimanov rayon icra və probasiya şöbəsinin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-334/2016 saylı icra sənədi tam icra olunduqdan sonra yerdə qalan pul vəsaitinin 113700 manat hissəsinin üzərinə həbs qoyulmaqla həmin vəsaitə dair müəyyən hərəkətlərin edilməsi borclular Borclu MTK-ya və X7 qadağan edilməsinə dair icra sənədi xx.xx.2020-ci il tarixdən Nərimanov rayon icra şöbənin icraatına daxil olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cuil tarixli 1(101)-334/2016 saylı icra sənədinin icrası üzrə X5 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışı üçün “Capitals Auction" MMC-yə sifariş verilmiş, xx.xx.2024-cü il tarixli hərrac protokoluna əsasən ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 ve 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsi ******* manat dəyərində X29 tərəfindən alınmış, həmin qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş, artıq qalan və tələbkarlara çatası 241382,70 manat vəsait Nərimanov rayon icra şöbənin depozit hesabındadır. Həmin vəsaitdən sadəcə olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-334/2016 saylı icra sənədi üzrə 25185 manat tələbkar X6 ödənilməsi, qalan vəsaitin isə icra ödənişi qismində xüsusi fonda köçürülməsi nəzərdə tutulur. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-790/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-334/2016 saylı hökmünün dəyişdirilməsinə əsas (həmin qərarın 15-ci səhifə 4-cü abzasında göstərilən) Borclu MTK-ya məxsus olmuş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyriyaşayış sahəsinin formal olaraq X5 adına rəsmiləşdirilməsi olmuşdur. Məhkəmə kolegiyası həmin əmlakı Borclu MTK-ya məxsus olmasını təsdiq edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru təqdimatı müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu MTK-dan cəmi 85634,8 manat Tələbkar xeyrinə tutulmalıdır. Həmçinin icra şöbəsinin icraatında iddia təminat tədbiri kimi qərardad qəbul olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-334/2016 saylı icra sənədi tam icra olunduqdan sonra yerdə qalan pul vəsaitinin 113700 manat hissəsinin üzərinə həbs qoyulmaqla həmin vəsaitə dair müəyyən hərəkətlərin edilməsi borclular Borclu MTK-ya və X7 qadağan edilmişdir. X17 Borclu MTK təsisçisinin xanımıdır. Yekun olaraq qətnamədə pulun Borclu MTK-dan tutulması qət edilmişdir. Hazırda şöbənin depozit hesabında əmlakın satılmasından əldə olunmuş 241382,70 manat məbləğ vardır. Oradan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə zərərçəkmiş - tələbkar X6 25185 manat, icra ödənişi və hazırki iş üzrə Tələbkar pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Yekun qərarda əmlak X5 əmlakı kimi satıldığı üçün həmin pulu Tələbkar birbaşa olaraq verə bilmirlər. Bu səbəbdən əmlakın üzərinə həbs qoyularaq tələbin pul vəsaitinə yönəldilməsi yolu ilə həmin ödəniş tələbkara ödənilə bilər. Məhkəmə iclasında iştirak edən tələbkar bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən Borclu MTK-dan xeyrinə pul tutulmalıdır, lakin bu məbləğ ödənilmir. Adı qeyd olunan X17 təsisçinin yoldaşıdır. Mübahisəli olan əmlak onun adına formal olaraq rəsmiləşdirilmiş, lakin sonradan məhkəmə qərarına əsasən satılmış, zərərçəkmişlərə verilmişdir. Əmlakın satılmasından əldə edilmiş pul hazırda icra şöbəsinin hesabındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu və tələbkarı dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsi 05 fevral 2024-cü il tarixli 1(101)-334/2016 saylı 05 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, X30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə “X23 X43 və Borclu MTK-ya qarşı mülki iddiası qismən təmin edilsin. X24 100.000 manat pul alınaraq X31 verilsin. X1 X36 qarşı mülki iddiası qismən təmin edilsin. X24 137.000 manat manat pul alınaraq X3 verilsin. X11 X36 qarşı mülki iddiası qismən təmin edilsin. X24 136.700 manat pul alınaraq X18 verilsin. X12 X36 qarşı mülki iddiası qismən təmin edilsin. X24 73.000 manat pul alınaraq X19 verilsin. X20 X36 qarşı mülki iddiası təmin edilsin. X24 114.000 manat pul alınaraq X25 verilsin. X21 X36 qarşı mülki iddiası qismən təmin edilsin. X32r 75.000 manat pul alınaraq X26 verilsin. X13 X36 qarşı mülki iddiası qismən təmin edilsin. X24 69.000 manat pul alınaraq X22 verilsin. X24 100.000 manat pul alınaraq X2 verilsin. X24 78.000 manat pul alınaraq X14 verilsin. Zərərin hesabına X24 190.000 manat alınaraq zərərçəkmiş şəxs X4, 25.185 manat alınaraq zərərçəkmiş şəxs X6, 86.000 manat alınaraq zərərçəkmiş şəxs X8, 81000 manat alınaraq zərərçəkmiş şəxs X9 və 100.000 manat alınaraq zərərçəkmiş şəxs X27 verilsin. Bakı Apelyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı ilə: X24 119.500 manat pul alınaraq X38 verilsin. X24 55.000 manat alınaraq zərərçəkmiş X10 verilsin. Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə: X24 40.500 manat alınaraq zərərçəkmiş X15 verilsin. Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı ilə: Binəqədi rayon məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X5 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X33 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilsin və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilsin.” -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 05 fevral 2024-cü il tarixli 1(101)-334/2016 saylı 05 fevral 2024-cü il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək 10 gün müddətində könüllü icra barədə bildirişlə icra olunması üçün borclu X30 ünvanına göndərilmişdir. - "xxxx" MMC hərracın yekunları barədə 13 may 2024-cü il tarixli 46 №-li protokolun surətindən görünür ki, X7 məxsus ünvan 3 ünvanında yerləşən 16 mərtəbəli binanın 1-ci və 2-cı mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv m olan qeyri-yaşayış sahəsinin dəyəri (rəqəm və sözlə): ******* (iki milyon atı yüz beş min) manat manat, 30% endirimlə ******* (bir milyon səkkiz iyirmi üç min beş yüz) manat qiymətə X29 tərəfindən əldə edilmişdir. - 16 may 2024-cü il tarixli 01 №-li ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2024 tarixli, 1(101)-334/2016 saylı icra vərəqəsi və Nərimanov ray. icra şöbəsinin xx.xx.2024 tarixli, N2249-125885/19-15-27 saylı məktubuna əsasən X16 hərracda qalib olmasına görə ödənişi təyinatı ilə X29 tərəfindən Nərimanov rayon icra şöbəsinin hesabına 241382,70 (iki yüz qırx bir min üç yüz səksən iki man. 70 qəp.) manat köçürülmüşür. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1356/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinə əsasən, cavabdeh X7 məxsus ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyriyaşavış sahəsi satılandan və Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-334/2016 saylı icra sənədi tam icra olunduqdan sonra yerdə qalan pul vəsaitinin 113700 manat hissəsinin üzərinə həbs qoyulmaqla həmin vəsaitə dair müəyyən hərəkətlərin edilməsi cavabdehlər Borclu MTK-va və X7 qadağan edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1356/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək 10 gün müddətində könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu MTK və X5 ünvanına göndərilmişdir. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Dağlar MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat-olmaqla cəmi 85634,8 manat Tələbkar xeyrinə tutulmalıdır. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il t tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək 10 gün müddətində könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu MTK-nın ünvanına göndərilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən Borclu MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcludan icra sənədinin təmin edilməsi tələb olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001 )-47/2022 saylı icra sənədinə izah verilməsinə dair ərizəsi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4992/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. - 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərar). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini “İcra haqqında” Qanun müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Eləcə də icra qanunvericiliyinin qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanması da bilavasitə həmin Qanunda əks olunmuşdur (1-1-ci maddə). Belə olan halda, “İcra haqqında” Qanunun bütün müddəaları hüquq tətbiqetmə prosesində məhz yuxarıda qeyd olunan prinsiplər rəhbər tutulmaqla tətbiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən verilmiş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə, bütövlükdə məhkəmə qərarlarının icrası üzrə icraata nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat-olmaqla cəmi 85634,8 manat Tələbkar xeyrinə tutulmalıdır. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. -43.1.3-cü maddəsinə əsasən, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. -56.3-cü maddəsinə əsasən, borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Hazırki iş materialları ilə müəyyən olunur ki, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmış, borcluya xx.xx.2023-cü il tarixdə icra sənədinin 10 gün müddətində könüllü icra barədə bildiriş, habelə xx.xx.2023-cü il tarixdə icra sənədinin dərhal icra edilməsi barədə e92627/2023-15-27 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq məhkəmənin icra sənədi 1 ildən çox müddətdir borclu tərəfindən icra edilməmişdir. İcra məmuru borcun ödənilməsini təmin etmək üçün X5 adına rəsmiləşdirilmiş, Borclu MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışından əldə olunmuş, artıq qalan və Nərimanov rayon icra şöbənin depozit hesabında saxlanılan 241382,70 manat vəsaitdən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməli olan 85634,8 manat həcmində olan hissəsi üzərinə həbs qoyulmasını xahiş edir, tələbkar təqdimatın təmin olunmasını xahiş edir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-334/2016 saylı icra sənədinin icrası üzrə X5 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışı üçün “Capitals Auction" MMCyə sifariş verilmiş, xx.xx.2024-cü il tarixli 46 nömrəli hərrac protokoluna əsasən ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsi ******* manat dəyərində X29 tərəfindən alınmış, həmin qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş, artıq qalan və tələbkarlara çatası 241382,70 manat vəsait Nərimanov rayon icra şöbənin depozit hesabındadır (16 may 2024-cü il tarixli 01 №-li ödəniş tapşırığı). Məhkəmə hesab edir ki, məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün yuxarıda qeyd edilən əsaslar mövcuddur. Belə ki, icra sənədi icra məmuruna təqdim olunmuş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilmiş, lakin borclu icra məmurunun müvafiq tələbini könüllü icra üçün verilmiş müddətdə icra etməmişdir (könüllü icra barədə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq). Belə olan halda məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilərək pul vəsaitinin üzərinə həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X5 adına rəsmiləşdirilmiş, Borclu MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışından əldə olunmuş, artıq qalan və Nərimanov rayon icra şöbənin depozit hesabında saxlanılan 241382,70 manat vəsaitdən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməli olan 85634,8 manat həcmində olan hissəsi üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X5 adına rəsmiləşdirilmiş, Borclu MTK-ya məxsus olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışından əldə olunmuş, artıq qalan və Nərimanov rayon icra şöbənin depozit hesabında saxlanılan 241382,70 manat vəsaitdən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməli olan 85634,8 manat həcmində olan hissəsi üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-580/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-580/2024
15.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver