Məhkəmə qərarları › İş №8(005)-588/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-588/2020

27.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-588/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-596/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Emil Zeynalov tərəfindən verilmiş təqdimata Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8323/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “VAZ 21041" minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərar qəbuledilməsinixahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-596/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bakı Şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və təqdimata baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclunun bank qarşısında öhdəliyi tam olaraq icra edilmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-596/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21041" minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar