Məhkəmə qərarları › İş №8(005)-588/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-588/2025

29.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-588/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-970/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Ford Transıt" minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2024-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir.İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu tərəfindən 544 manat aliment borcu ödənildikdən sonra 1904 manat aliment borcu ödənilməmiş qalmışdır.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbini tam təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan FORD TRANSİT minik markalı, 90LU318 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar borclu tərəfindən alimentin ödənilmədiyini və təqdimatın təmin edilməsini xahiş etdi. İcra məmuru, borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-970/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ünvan 2 01 iyul 2025-ci il tarixli qətnaməsinə düzəliş edilməsi, Qətnamənin nəticə hissəsində olan dördüncü abzasın “xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilsin”kimi oxunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.20225-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 970/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlaması qərara almışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Şöbəsi tərəfindən Borclu göndərilmiş xx.xx.2025-ci il tarixli ”tələbin könüllü icrası” haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-970/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində gösətirlən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bu müddətdə tələbi üzrsüz səbəbdən icra edilmədiyi halda, icra məcburi qaydada təmin ediləcəyi, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər Borclu tutulacağı qeyd edilmişdir. İş materiallarında olan , Tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanladığ ərizədən görünür ki, ünvan 2 01 iyul 2025-ci il tarixli icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixdən iyul ayı da daxil olmaqla cəmi 2176 manat aliment borcu vardır. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixli”borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 970/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan FORD TRANSİT minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Borclu məhkəmə qərarının icrası məqsədi ilə "xxxx" ASC vasitəsi ilə 410100K**********105 nömrəli hesaba 272 manat ödəniş etmişdir. İcra haqqında Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunun mənasından aydın olur ki, borclunun əmlakına icra məmuru tərəfindən həbs qoyulması gələcəkdə həmin əmlaka tutma yönəldilməsi yolu ilə icra sənədinin icrasını təmin etmək məqsədi daşıdığından, əmlaklar üzərinə həbs borc məbləği həddində qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqdimatda qeyd edilən FORD TRANSİT minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını, beləliklə təqdimatın təmin edilməsini ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus FORD TRANSİT minik markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar