Məhkəmə qərarları › İş №8(005)-591/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-591/2025

03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-591/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin rəis müavini Cəmil Tağıyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin rəis müavini Cəmil Tağıyev məhkəməyə təqdimatla müraciət edərək, "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2922/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən tutularaq 1500 manat məbləğində inzibati cərimə Dövlət büdcəsinin, 2(005)-1589/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 147605,12 manat məbləğində pul vəsaiti tələbkar “Azərbaycan Respublikasının X3” X2, 3(005)-1880/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 6000 ABŞ dolları məbləğində inzibati cərimə Dövlət büdcəsinin, 3(005)-2261/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 12000 ABŞ dolları məbləğində inzibati cərimə Dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlərlə birlikdə borclunun ünvanına göndərilmişdir Borclu barəsində məhkəmə qərarlarının olması, habelə uzun müddətdir tələbkarlara olan borcunlarının ödənilməsindən qərəzli olaraq yayınması borclu "xxxx" MMC-nin rəhbəri Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-876/2023 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC AR İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati xətanın obyekti olmuş 50000 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 10000 ABŞ dolları məbləğində cərimə edilməli və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-2261/2022 saylı icra vərəqəsinə əsasən "xxxx" AR İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 60000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, 12000 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-1880/2022 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC AR İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, 6000 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1589/2022 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən 147205,12 (ƏDV ilə) manat məbləğində borc və ilkin mediasiya sessiyası üçün X3 tərəfindən ödənilmiş 400 manat məbləğində haqq olmaqla, ümumilikdə 147605,12 (ƏDV ilə) manat məbləğində vəsait X1 ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-2922/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC AR İXM-in 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinməli və barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilməlidir; Nərimanov Rayon İcra şöbəsinin qərarlarının və bildirişlərinin surətlərindən görünür ki, icra sənədləri üzrə icraat başlanmış, borcluya icra sənədinlərində göstərilən tələblərin 10 gün müddətində könüllü icra olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli 2-N saylı Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Borclu icra məmuru tərəfindən göndərilən tələbin könüllü icrası haqqında bildirişlərdən xəbərdar olmuşdur. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair bütün prosessual hərəkətlər yerinə yetirilmiş, bununla belə borclu icra sənədlərinin icrasını təmin etməkdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumun borclunun ölkədən getmək hüququna məhdudlaşdırılması ilə bağlı hüquqi mövqeyinə görə, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32) mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərar). Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin məhkəmə aktlarının icrası ilə əlaqədar lazımi icra hərəkətlərinin aparılmasına baxmayaraq, icrasının təmin olunmadığını nəzərə alaraq hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Nərimanov Rayon Məhkəməsinin icra sənədlərinin icrasının təmini məqsədi ilə borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququ 1 il müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2922/2021 saylı, xx.xx.2021-ci il tarixli; Nərimanov Rayon Məhkəməsinin 2(005)-1589/2022 saylı, xx.xx.2022-ci il tarixli; Nərimanov Rayon Məhkəməsinin 3(005)-1880/2022 saylı, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 3(005)-2261/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclu "xxxx" MMC-nin rəhbəri Borclu ölkədən getmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar