Məhkəmə qərarları › İş №8(005)-592/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-592/2023

29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-592/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar Tələbkar1 iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 1.2250 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)- 7/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 1.2250 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5000 (beş min) manat pul alınaraq tələbkarlar Tələbkar1 və Tələbkar2 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı Borclu bildiriş və qərar göndərilmiş, lakin icra sənədi icra edilməmişdir. "Elektron İcra" İnformasiya sisteminin əmlak məlumatları bölməsində Borclu məxsus olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən umumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən umumi sahəsi 1.2250 ha olan torpaq sahəsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq icra məmuru Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)- 7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində gösterilmiş tələbin təmin edilməsi məqsədi ilə "icra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1970-ci ildə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Vərməziyar Ə/D, Vərməziyar kəndində qeydiyyatda olan Borclu məxsus olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 1.2250 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 icra sənədi üzrə borcun ödənilmədiyini bildirərək, icra şöbəsi tərəfindən verilmiş təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, digər tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023 nömrəli. xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 5000 (beş min) manat pul alınaraq iddiaçılar Tələbkar1 və Tələbkar2 verilməsi, iddiaçılar Tələbkar1 və Tələbkar2 tərəfindən X1 14 iyul 2023-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 30.00 (otuz) manatı cavabdeh Borclu aid edilsin və ondan alınaraq iddiaçılara qaytarılması, mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manatın 13 manat 60 qəpik hissəsi cavabdeh Borclu tutularaq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bank hesabına ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı Borclu (Nərimanov rayonu, F.X.Xoyski küçəsi bina 8, mənzil 50) bildiriş və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar göndərilmişdir. - "Elektron İcra" İnformasiya sisteminin əmlak məlumatları bölməsində Borclu məxsus olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 1.2250 ha olan torpaq sahəsi aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin: - 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Avropa Məhkəməsinin “Xornsbin Yunanıstana qarşı işi üzrə” 19 mart 1997—ci il tarixli qərarında qeyd olunmuşdur ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır.... Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının tərkib hissəsidir. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası müəyyən olunmuş müddət ərzində könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Təqdimat təmin edilmədiyi təqdirdə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi və tələbkarların hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023 nömrəli. xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1970-ci ildə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Vərməziyar Ə/D, Vərməziyar kəndində qeydiyyatda olan Borclu məxsus olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu. Xanlıqlar kəndində yerləşən umumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən umumi sahəsi 1.2250 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1970-ci ildə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Vərməziyar Ə/D, Vərməziyar kəndində qeydiyyatda olan Borclu məxsus olan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 0.2975 ha olan torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində yerləşən ümumi sahəsi 1.2250 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar