Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-596/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-6106/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Adil qızına məxsus nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin ləğvi ilə bağlı tərtib olunmuş təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 səbəbdən icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(005)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Ford Transit” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-6106/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 968,60 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2018-ci il tarixdə daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-6106/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasım təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Ford Transit" minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi tam icra olunmuşdur. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, cavabdehin borc öhdəliyi qalmadığı üçün icra sənədi üzrə icraata “icra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş olunmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədinin icrası tam təmin olunduğundan, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməli, borclunun əmlaklarının üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Ford Transit” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-596/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-596/2022
14.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver