Məhkəmə qərarları › İş №8(005)-602/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-602/2025

09.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-602/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-2512/2024-021 saylı, xx.xx.2024cü il tarixli, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-6646 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-4076 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-2512/2024-021 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Mhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli. xx.xx.2025-ci il tarixli, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8-6646 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı şəhər 3 saylı Notariat Ofisinin 8-6646 reyestr nömrəli, xx.xx.2024-cü ıl tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1993-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2512/2024-021 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq Ələkbərova (Dadaşeva) Vüsalə Əsgər qızına ödənilməlidir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 30.000 (otuz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 180 (yüz səksən) manat pul tutularaq Tələbkar2 ödənilməlidir. Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-4076 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 113,01 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-6646 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu 14957,13 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri müxtəlif tarixlərdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclunun ölkə xaricinə çıxmaq riski isə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Borclu BPM**********40 nömrəli müqaviləyə əsasən ödənilməmiş 88 manat 01 qəpik tutulması,həmçinin Borclu tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 113 manat 01 qəpik (yüz on üç manat bir qəpik) pul tutulması təklif edilmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X6 "xxxx"Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Borclu BPM**********98 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 14932 manat 13 qəpik tutulması,həmçinin Borclu tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 14957 manat 13 qəpik (on dörd min doqquz yüz əlli yeddi manat on üç qəpik) pul tutulması təklif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli”icraata başlamaq haqqında” qərarın surətindən görünür ki,Bakı şəhər Nərimanov rayon İcra şöbəsi tərəfindən Xətai Rayon Məhkəməsinin 2(011)-2512/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli Borclu göndərilmiş bildirişindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2512/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli Borclu göndərilmiş bildirişindən görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-4076 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli Borclu göndərilmiş bildirişindən görünür ki, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-4076 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-6646 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli Borclu göndərilmiş bildirişindən görünür ki, Bakı şəhər 3 saylı Notariat Ofisinin 8İ-6646 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Borclu tərəfindən Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış iltizamdan görünür ki, Borclu Tələbkar1 borclu olduğu 3 aylıq aliment borcunu,”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan 1 öhdəliyini tam ödəyəcəyinə, digər 1 öhdəliklə əlaqədar qismən ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyi yerinə yetirmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağına etirazı olmadını təsdiq edib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu – xx.xx.1993-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar