Məhkəmə qərarları › İş №8(005)-605/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-605/2024

09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-605/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə ünvan 5anov Rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ ünvan 5anov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyev təqdimatla müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ünvan 5anov rayon İcra şöbəsinin icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5000 manat pul vəsaiti tutularaq tələbkar X1, X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçür müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sırətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-ci il tarixdə tərəfimizdən qobul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkarlar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 5000 (beş min) manat pul alınaraq iddiaçılar Tələbkar1 və Tələbkar2 verilməli, iddiaçılar Tələbkar1 və Tələbkar2 tərəfindən X4 14 iyul 2023-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 30.00 (otuz) manatı cavabdeh Borclu aid edilməli və ondan alınaraq iddiaçılara qaytarılmalı, mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manatın 13 manat 60 qəpik hissəsi cavabdeh Borclu tutularaq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bank hesabına ödənilməlidir. -Həmin icra vərəqəsindən görünür ki, borclu xx.xx.1970-cı ildə Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində doğulmuş, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatda olub, ünvan 2 ünvanında yaşayır. - ünvan 5anov Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada ünvan 5anov rayon İcra şöbəsinə haqqında qərar qəbul edilmişdir. - “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.1970-ci il tarixdə Naxçıvan MR, Vərməziyar kəndində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində doğulmuş, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 5000 (beş min) manat pul alınaraq iddiaçılar Tələbkar1 və Tələbkar2 verilməli, iddiaçılar Tələbkar1 və Tələbkar2 tərəfindən X4 14 iyul 2023-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 30.00 (otuz) manatı cavabdeh Borclu aid edilməli və ondan alınaraq iddiaçılara qaytarılmalı, mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manatın 13 manat 60 qəpik hissəsi cavabdeh Borclu tutularaq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bank hesabına ödənilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb təmin edilmədiyindən, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1970-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində anadan olmuş, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatda olub, ünvan 4 ünvanında yaşayan Borclu ünvan 5anov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-7/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1970-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində anadan olmuş, Şərur rayonu, Vərməziyar kəndində qeydiyyatda olub, ünvan 6 ünvanında yaşayan Borclu ünvan 5anov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası ünvan 5anov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ünvan 5anov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar