Məhkəmə qərarları › İş №8(005)-608/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-608/2020

03.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-608/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1506/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elzamin İsayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes Benz 220” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7316/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 430.50 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.İcra sənədi şöbənin icraatına xx.xx.2016cı il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya göndərilmişdir.Nərimanov Rayon Məhkəməsinin 2(005)- 7316/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borcun ödənilməsinin təmin məqsədi ilə tələbin Borclu məxsus “Mercedes Benz 220” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-1596/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.Tələbkar ASC-nin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir.Göstərilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7316/2016nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borcun ödənilməsinin təmini məqsədi ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-1596/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hazırda tələbkar LPO Tələbkar ASC Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Borclu hazırda borcu olmadığını bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1.1-ci Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi qanunvericliklə müəyyən edilmiş müddətlərdə icra edilmədikdə icra məmurları tərəfindən məcburi icra tədbirlərin keçirilməsi üçün əsas yaranır. Göründüyü kimi icra sənədi üzrə borclunun hazırda borcu yoxdur, icraata xitam verilmişdir, bu da öz növbəsində borclu X2 mülkiyyətində olan “Mercedes Benz 220” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməsini hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən təqdimat təmin edilməli, borclunun avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 88(005)-1506/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu məxsus “Mercedes Benz 220” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar