Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-611/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına “Qaz 2411” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2121” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və “Qaz 2411” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 160,2 manat əsas borc, 16,8 manat cərimə borcu olmaqla, cəmi 177 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına Borclu adına “Qaz 2411” minik markalı, **- UK-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2121” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və “Qaz 2411” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Tələbkar MMC məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İcra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4175/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 160,2 manat əsas borc, 16,8 manat cərimə borcu olmaqla, cəmi 177 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Təqdimata əlavə edilmiş elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu adına “Qaz 2411” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2121” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və “Qaz 2411” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus “Qaz 2411” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2121” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı və “Qaz 2411” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borcluya məxsus 3 ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması mütənasiblik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, borclunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Göstərilənlərə əsasən məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği, eləcə də nəqliyyat vasitələrinin vəziyyətini (istehsal tarixini) nəzərə alaraq, borcluya məxsus iki ədəd nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus “Qaz 2411” minik markalı, **- UK-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2121” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Qaz 2411” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2121” minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-611/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-611/2023
11.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver